Ermənilərin Qarabağa köçürülməsi - Statistika

Ermənilərin Qarabağa köçürülməsi - Statistika
Ermənilərin Qafqaza, xüsusən də Azərbacanın tarixi torpaqlarına, Qarabağa köçürülməsi dəfələrlə sübut olunub. Tarixçilər də qeyd edirlər ki, fərqli bölgələrdən Qarabağa gətirilən etnik ermənilər burada deyildiyi kimi "min il öncə” yaşamayıblar.

Məsələn, 19-cu əsrdə Qarabağa aid demoqrafik məlumatlar ermənilərin bu bölgəyə süni şəkildə köçürüldüyünü və bu köçün Qarabağın etnik coğrafiyasını dəyişmək məqsədilə həyata keçirildiyini sübut edir.

Sfera.az xəbər verir ki, bununla bağlı "Qarabag.com” səhifəsində o dövrə aid statistik məlumatlar yerləşdirilib.

Cədvəllər 7 zaman kəsimində Qarabağdakı erməni və müsəlman əhalinin nisbətini göstərir. Bunlardan üçü 19-cu əsrin birinci yarısına, ikisi eyni əsrin sonlarına, ikisi isə 20-ci əsrin ilk iki onilliyinə aiddir.

Cədvəldə qeyd olunan 7 dövrdən 6-sının məlumatları Rusiya İmperiyasının rəsmi sənədlərindən götürülüb. 1830-cu ilə aid rəqəmlər isə bu dövrdə Cənubi Qafqaza səfər edən Paris Coğrafi Cəmiyyətinin qurucularından olan Jan Batist Benua Eyriesin səyahət qeydlərinin rus dilinə tərcüməsindən alınıb.

OXŞAR XƏBƏRLƏR