Ermənilərin “DQR”-dəki seçki oyununa beynəlxalq qiymət: “TANIMIRIQ, QANUNSUZDUR...”

Ermənilərin “DQR”-dəki seçki oyununa beynəlxalq qiymət: “TANIMIRIQ, QANUNSUZDUR...”

Avropa Birliyi özünü "Dağlıq Qarabağ Respublikası" elan edən" qondarma qurumda keçirilən "prezident və parlament seçkiləri"ni tanımır.

 

Sfera.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, bu xəbəri Avropa Birliyinin xarici siyasət xidməti yayıb:

 

"Martın 31-də Dağlıq Qarabağda baş tutacaq qondarma prezident və parlament seçkiləri ilə əlaqədar olaraq Avropa Birliyi bir daha bəyan edir ki, sözügedən seçkilərinkeçirildiyi konstitusiya və qanunvericilik çərçivələrini tanımır",- deyə sənəddə vurğulanıb.


Avropa Birliyi rəsmləri AB-nin ATƏT-in Minsk Qrupunu və onun "hərtərəfli və davamlı sülhə doğru irəliləyiş üçün səylərini" qətiyyətlə dəstəklədiyini vurğulayıblar.

 

"Avropa Birliyi bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin tezliklə dinc yolla nizamlanmasına yönəlmiş səyləri dəstəkləməyə hazırdır", - deyə məlumatda bildirilir.

 

Xatırladaq ki, Türkiyə Xarici İşlər Nazirliyi ATƏT-in Minsk Qrupunu və bütün beynəlxalq qurumları Dağlıq Qarabağdakı vəziyyəti "qanuniləşdirmək" üçün birtərəfli cəhdlərin təzahürü olan "seçkilər"i boykot etməyə çağırıb.

 

"Bu, beynəlxalq hüquq prinsiplərinin, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və ATƏT prinsiplərinin açıq şəkildə pozulmasıdır. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq naminə ATƏT-in Minsk Qrupu çərçivəsində mərhələli danışıqların davam etdirildiyi bir dönəmdə işğal olunmuş ərazilərdə qanunsuz seçkilərin təşkili barışıq kursunun pozulmasına yönəldilib”,- deyə nazirlikdən vurğulayıblar.


Açıqlamada deyilir ki, Türkiyə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü pozmağa yönəlmiş "seçkilər"i tanımır. "Türkiyə ATƏT-in Minsk Qrupunun üzvü kimi, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli yolunu tapmaq səylərini dəstəkləməkdə davam edəcək",- XİN bildirib.

 

Selcan

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Şolts: "NATO Rusiya Federasiyası ilə müharibə vəziyyətində deyil"

NATO ölkələri Ukraynanı dəstəkləyir, lakin blokun Rusiya ilə müharibə etməməsi vacibdir. Sfera.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Br...

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...