Ermənilərin döyüşdən imtina edən alay komandiri işdən qovulub
11:21 / 21.10.2020
896
Azərbaycan silahlı qüvvələrinin ermənilərin 400 nəfər müqaviləli hərbi qulluqçudan ibarət taborun şəxsi heyətinin əksəriyyətini sıradan çıxarması nəticəsində alay komandiri qalan şəxsi heyəti yenidən döyüşə göndərməkdən imtina edib. Buna görə də o, tutduğu vəzifədən azad olunub.
Sfera.az bildirir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, döyüşə getməkdən imtina etdikləri üçün hərbi qulluqçuların çoxu cinayət məsuliyyətinə cəlb edilib.