Ermənilərin daha bir “Su-25”i vuruldu
18:50 / 04.11.2020
4945
Türkiyənin Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistana məxsus "SU-25" təyyarəsinin vurulduğunu açıqlayıb.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi "Twitter" səhifəsində məlumat yayıb. Xəbərdə bildirilir ki, Azərbaycan mövqelərinə havadan hücum edən Ermənistana məxsus "SU-25" döyüş təyyarəsi məhv edilib.
Bununla da Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistana məxsus məhv edilən döyüş təyyarələrinin sayı 7-yə çatıb.