“Ermənilərin Bakı, Sumqayıt və Gəncəyə qayıtmasına razılıq verməliyik” – Natiq Cəfərli
13:42 / 14.04.2021
6509
"Zəngəzur məsələsinin gündəmdə olması ərazi
iddiası, aqressivlik deyil - siyasi təzyiq vasitəsidir”.
Sfera.az-ın məlumatına görə, bunu REAL
partiyasının icraçı katibi Natiq Cəfərli deyib. O bildirib ki, biz
qonşularımızla sülh şəraitində yaşamaq istəyirik, iqtisadi və insani münasibətlərin
yaranmasında, kommunikasiya xəttlərinin açılmasında, logistik əlaqələrinin bərpasında
maraqlıyıq:
"Biz Ermənistanla dinc qonşuluq etməyə
hazırıq, amma rəsmi İrəvən buna hazırdımı?! Sabah status məsələsini tək rəsmi
İrəvan yox, Moskva, Paris, Vaşinqton qaldırsa nə olacaq?! Minsk Qrupu yerindəcə
qalıb, heç yerə itməyib, rəsmi Moskva regionda tək söz sahibi olması istəyinin
qarşısını həm də Minsk Qrupu formatı ala bilər.
N.Cəfərli qeyd edib ki, Minsk Qrupunun təhlükəli
yanları da var: "Status məsələsi… Özümüzü aldatmayaq, bu məsələ masaya gətiriləcək,
müəyyən təzyiqlər olacaq, bu təzyiqlərin amortizasiyası üçün iki vacib yol var:
daxildə çoxsəsli Parlament, həm də güclü vətəndaş cəmiyyəti və paralel olaraq Zəngəzura
qaçqınların qayıtması, buna zəmanət məsələsi. Başqa yol görmürəm. Biz ağılla,
siyasi doğru ritorika ilə hər dəfə "Zəngəzur" deyəndə Ermənistan status
məsələsində israrından vaz keçməsi şansı artır.
Günay