No Image
No Image

Erməniləri ifşa edən erməni ensiklopediyası - FOTOLAR/VİDEO

Erməniləri ifşa edən erməni ensiklopediyası - FOTOLAR/VİDEO
"XIV əsrin sonundan 1828-ci ilədək İrəvanı azərbaycanlılar idarə edib".

Sfera.az  xəbər verir ki, bu fakt Ermənistan Sovet Ensiklopediyasının 3-cü cildinin 571-ci səhifəsində yer alıb.

Qeyd edək ki, kitab 1977-ci ildə İrəvanda nəşr olunub. Redaksiya şəxsi heyətinin sədri Ambartsumyan, baş redaktor Simonyan, onun müavini Voskanyan olub.

Kitabın ərsəyə gəlməsində Toptsyan, Xaçatryan, Aqayan, Amyan və başqa ermənilər iştirak edib. Yəni erməni ensiklopediyasını hazırlayanlar sırf ermənilər olub. 

Kitabda İrəvan torpaqlarını idarə etmiş 44 azərbaycanlı hökmdarın adı və hakimiyyət illəri qeyd olunub. Onların arasında Yaqub bəy və Həsən Əli Qaraqoyunlu kimi adları görmək olar. Digərləri ilə fotodan tanış ola bilərsiniz. 

Bununla yanaşı son iki əsrdə bu torpaqlara əsassız iddia edib, müxtəlif cəfəngiyyat uyduran ermənilərin SSRİ dövründə çap etdirdikləri kitabda - erməni ensiklopediyasında XIX əsrin əvvəllərində İrəvan xanlığının 15 qəzadan ibarət olduğu deyilir.

Həmin vilayətlər arasında Qırxbulaq, Zəngibasar, Sürməli, Göyçə və digərlərinin adı var. Bölüşdüyümüz şəkildə rayonların hamısı yer alıb.

Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Ermənistanla sərhədlərin açılması gələcəkdə daha önəmli sirlərin üstün açacaq.

Onların saxtalaşdırıb, gizlətməyə çalışdığı Azərbaycan tarixi bütün dünyaya faktlarla təqdim olunacaq.

(bizim.media)
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Türkiyə ordularının birgə təlimi keçiriləcək - FOTOLAR - VİDEO

Qardaş Türkiyə Respublikasının Qars şəhərində keçiriləcək "Qış təlimi-2021”də Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da iştirak edəcək. Təlimə cəlb edilm...

Erməniləri ifşa edən erməni ensiklopediyası - FOTOLAR/VİDEO

"XIV əsrin sonundan 1828-ci ilədək İrəvanı azərbaycanlılar idarə edib". Sfera.az  xəbər verir ki, bu fakt Ermənistan Sovet Ensiklopediyasının 3-cü ci...

Masallıda meşəbəyi döyüldü: Pul üstündə dava... + FOTO/VİDEO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin işçiləri arasında dava düşüb. Bununla...

Şəhid olduğu deyilən mayor evinə sağ qayıtdı - FOTO-VİDEO

 44 günlük Vətən mübaribəsində tarix yazanlardan biri də mayor Xəyyam Əliyevdir. Sfera.az-ın məlumatına görə, Füzuli istiqamətində gedən qızğın döyüş...

Kəlbəcərin sonsuz gözəlliyi - FOTO/VİDEO

Biz 3 840 metrlik Murov dağını keçəndə Kəlbəcərin nəfəs kəsən gözəlliyi məni heyrətə gətirdi. Sfera.az-ın məlumatına görə, bunu İran əsilli məşhur fransal...

Ordumuzun Kəlbəcərə daxil olmasının yeni görüntüləri - FOTO/VİDEO

Azərbaycan Ordusunun bölmələrinin Kəlbəcər rayonuna daxil olmasının yeni videogörüntüləri yayılıb. Sfera.az  bu barədə Müdafiə Nazirliyinə istinadən ...