Ermənilərə veriləcək hansısa statusdan söhbət gedə bilməz – Politoloq yeni şərtlərdən danışdı

Ermənilərə veriləcək hansısa statusdan söhbət gedə bilməz – Politoloq yeni şərtlərdən danışdı

Artıq "Madrid prinsipləri” "Qarabağ prinsipləri”lə əvəzlənməlidir.


Bu sözləriSfera.az-a açıqlamasında Azərbaycan Ordusunun şanlı qələbələri fonunda münaqişənin həllini nəzərdə tutan Madrid prinsiplərinin arxa plana keçməsi və onun Bakının diktə etdiyi "Qarabağ prinsipləri”lə əvəz edilməli olduğunu söyləyərkən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.


Həmsöhbətimizə görə, daha "Madrid prinsipləri”nə ehtiyac qalmayıb:



"Azərbaycanın işğal olunmuş əraziləri azad edilməli və işğalçı qoşunlar ölkəmizin ərazisindən çıxarılmalıdır. Bu prinsip əsasında da Azərbaycan Ordusu hücuma keçib. Əlbəttə ki, Madrid prinsiplərində qeyd edilən mərhələli həll planında da ümumən həmin məqamlar qeyd edilib. Lakin indi Madrid prinsiplərinə də ehtiyac yoxdur. Özümüz öz məsələmizi BMT-nin 4 qətnaməsini əsas tutaraq həll edirik.

 

Müharibə indi dayandırılsa, yenə də məsələ dondurulacaq və haqq işimiz yarımçıq qalacaq. Artıq Minsk qrupunun həll planı işə yaramır. 27 ildir başımıza yastıq qoymaqla məşğul olublar. Odur ki, artıq "Madrid prinsipləri”ndən deyil, "Qarabağ prinsipləri”ndıın danışmalıyıq”.


Politoloq hesab edir ki, Ordumuz nə qədər çox irəliləsə, masada mövqeyimiz o qədər güclənəcək və şərtləri diktə edəcəyik: "Artıq 5 rayonu azad etmişik, Dağlıq Qarabağın içərilərinə daxil olmuşuq. Növbəti mərhələdə Kəlbəcər, Şuşa və Laçının azad edilməsi gəlir. Bunu da "Qarabağ prinsipləri” adlandırmaq olar”.


Elxan Şahinoğluna görə, "Qarabağ prinsipləri”ndə status məsələsi ümumiyyətlə gündəmdən çıxarılmalı, bu məsələ müzakirə predmeti olmamalıdır:

 

"Bu prinsiplərdə Madrid prinsipindən fərqli olaraq bütün işğal edilmiş rayonların hamısını birdən həll edirik və status məsələsini ümumiyyətlə gündəmdən salırıq. Ermənilərə veriləcək statusu da özümüz müəyyənləşdirəcəyik.

 

Fikrimcə, status deyəndə o biri rayonların statusu necədirsə, ermənilərə münasibətdə də həmin status olmalıdır. Yəni, heç xüsusi statusdan söhbət gedə bilər. Uzaqbaşı Azərbaycan vətəndaşlığını qəbul edən ermənilərə mədəni muxtariyyət verilə bilər”.


Elçin

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bu MMC-yə aid yük maşını QƏZA TÖRƏTDİ - Bir nəfər öldü

Bakıda yük maşını ilə minik avtomobili toqquşub, ölən var.   Sfera.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti ilə C.Həsənov...

Azərbaycanda tanınmış prodüserin qızı VƏFAT ETDİ - FOTO

Prodüser Rövşən Cəfərovun qızı Nərmin Həsənli vəfat edib.   Sfera.az "Axşam.az"a istinadən xəbər verir ki, 31 yaşı olan Nərmin uzun mü...

Kayrat Sarıbay: "Azərbaycan postmünaqişə dövründə bərpa işləri ilə bağlı unikal təcrübəyə malikdir"

Azərbaycan postmünaqişə dövründə bərpa işləri ilə bağlı unikal təcrübəyə malikdir.   Sfera.az xəbər verir ki, bunu Asiyada Qarşılıqlı Fəaliyyət ...

Ombudsman Başlıbel faciəsi ilə bağlı paylaşım ETDİ

"Ermənistanın Azərbaycana qarşı nifrət zəminində həyata keçirdiyi soyqırımı və işğalçılıq siyasəti tarix boyu minlərlə günahsız azərbaycanlının amansızlıql...

Ukraynanın Baş naziri: "Rusiya qalib gələrsə, Üçüncü Dünya müharibəsi başlayacaq"

Ukrayna Rusiya ilə müharibədə məğlub olarsa, Üçüncü Dünya müharibəsi başlayacaq.   Sfera.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denıs Şmı...

Ağdamda minaatan qurğular aşkar edildi

  Ağdam rayonunda minaatan qurğular aşkar edilib.   DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sfera.az-a verilən məlumata görə, Ağda...