Ermənilərə veriləcək hansısa statusdan söhbət gedə bilməz – Politoloq yeni şərtlərdən danışdı

Ermənilərə veriləcək hansısa statusdan söhbət gedə bilməz – Politoloq yeni şərtlərdən danışdı

Artıq "Madrid prinsipləri” "Qarabağ prinsipləri”lə əvəzlənməlidir.


Bu sözləriSfera.az-a açıqlamasında Azərbaycan Ordusunun şanlı qələbələri fonunda münaqişənin həllini nəzərdə tutan Madrid prinsiplərinin arxa plana keçməsi və onun Bakının diktə etdiyi "Qarabağ prinsipləri”lə əvəz edilməli olduğunu söyləyərkən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.


Həmsöhbətimizə görə, daha "Madrid prinsipləri”nə ehtiyac qalmayıb:



"Azərbaycanın işğal olunmuş əraziləri azad edilməli və işğalçı qoşunlar ölkəmizin ərazisindən çıxarılmalıdır. Bu prinsip əsasında da Azərbaycan Ordusu hücuma keçib. Əlbəttə ki, Madrid prinsiplərində qeyd edilən mərhələli həll planında da ümumən həmin məqamlar qeyd edilib. Lakin indi Madrid prinsiplərinə də ehtiyac yoxdur. Özümüz öz məsələmizi BMT-nin 4 qətnaməsini əsas tutaraq həll edirik.

 

Müharibə indi dayandırılsa, yenə də məsələ dondurulacaq və haqq işimiz yarımçıq qalacaq. Artıq Minsk qrupunun həll planı işə yaramır. 27 ildir başımıza yastıq qoymaqla məşğul olublar. Odur ki, artıq "Madrid prinsipləri”ndən deyil, "Qarabağ prinsipləri”ndıın danışmalıyıq”.


Politoloq hesab edir ki, Ordumuz nə qədər çox irəliləsə, masada mövqeyimiz o qədər güclənəcək və şərtləri diktə edəcəyik: "Artıq 5 rayonu azad etmişik, Dağlıq Qarabağın içərilərinə daxil olmuşuq. Növbəti mərhələdə Kəlbəcər, Şuşa və Laçının azad edilməsi gəlir. Bunu da "Qarabağ prinsipləri” adlandırmaq olar”.


Elxan Şahinoğluna görə, "Qarabağ prinsipləri”ndə status məsələsi ümumiyyətlə gündəmdən çıxarılmalı, bu məsələ müzakirə predmeti olmamalıdır:

 

"Bu prinsiplərdə Madrid prinsipindən fərqli olaraq bütün işğal edilmiş rayonların hamısını birdən həll edirik və status məsələsini ümumiyyətlə gündəmdən salırıq. Ermənilərə veriləcək statusu da özümüz müəyyənləşdirəcəyik.

 

Fikrimcə, status deyəndə o biri rayonların statusu necədirsə, ermənilərə münasibətdə də həmin status olmalıdır. Yəni, heç xüsusi statusdan söhbət gedə bilər. Uzaqbaşı Azərbaycan vətəndaşlığını qəbul edən ermənilərə mədəni muxtariyyət verilə bilər”.


Elçin

Sfera.az

OXŞAR XƏBƏRLƏR

Putin Paşinyana niyə qapını göstərdi? – Erməni baş nazirinin görüş arzusunu gözündə qoyan İKİ SƏBƏB

"Putin iki səbəbdən Paşinyanla gözlənilən görüşdən imtina edib”. Sfera.az-a açıqlamasında bu sözləri Rusiya Prezidentinin Moskvada Ermənistan baş naziri...

“Yunanıstan borc qarşılığında üç adasını Almaniyaya vermişdi” – Ermənistandan pul əvəzinə torpaq?

"Azərbaycan bu məsələdə Berlinlə Afina arasında yaşanmış presedentdən yararlana bilər” Bu sözləri Sfera.az-a açıqlamasında vurduğu ziyana görə kompensas...

“Danışıqlar “yapon teatrı”na çevrilmişdi, İlham Əliyev isə...” – “Le Monde” İkinci Qarabağ müharibəsindən yazdı

Fransanın nüfuzlu "Le Monde” nəşrində Ermənistanın Dağlıq Qarabağdakı məğlubiyyətinin səbəbləri ilə bağlı məqalə yayımlanıb.   Məqalə müəllifləri - ...

Paşinyan arvadının kölgəsinə sığınmağa cəhd edir - Yeni məkrli addım

Mətbuatın yazdığına görə, Ermənistan Xarici İşlər Nazirliyi əcnəbi ölkələrdəki səfirliklərinə baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın dünya dövl...

Bölgənin "açar ölkə"si Azərbaycanla əlaqələri gərginləşdirmək nə ilə nəticələnə bilər? - Qərbə AÇIQ MESAJ

Xarici mətbuata açıqlamasında ABŞ-ın Avropadakı Quru Qoşunlarının sabiq komandanı general-leytenant Ben Hodges bildirib ki, Qərb Qara dəniz bölgəsində əlaqələri...

"Bu qərar Fransanın özünə zərbə vuracaq" - Azərbaycanın atacağı addımlarla bağlı AÇIQLAMA

"Milli Məclis tərəfindən müvafiq cavablar veriləcək”. Sfera.az-a açıqlamasında bu sözləri Fransa Senatının qondarma Dağlıq Qarabağ rejimini tanımaq barədə...