“Ermənilər ya vətəndaşlığı qəbul edib təslim olacaqlar, ya da...” – Sərhəddəki hadisələr niyə səngimir?

“Ermənilər ya vətəndaşlığı qəbul edib təslim olacaqlar, ya da...” – Sərhəddəki hadisələr niyə səngimir?
"Soyuqların düşməsi və demarkasiya prosesinə qədər sığortalanmaq üçün Azərbaycan ordusu strateji nöqtələrdə oturmalıdır. Bu bizim üçün olduqca vacibdir”.
 
Sfera.az bildirir ki, bunu politoloq Zaur Məmmədov Kəlbəcər- Ermənistan sərhəddində davam edən atışmalardan danışarkən deyib.

O qeyd edib ki, yüksəkliklər, İrəvandan İrana və Gürcüstana gedən yollar nəzarətimizdə  olmalıdır:

"Öz növbəsində, erməni kütləvi informasiya vasitələrinin məlumatına görə, Hayastan fondu tərəfindən rus sülhməramlıların nəzarətində olan ərazilərdə tikinti  işlərinə start verilməkdədir. Haylar hələ başa düşmürlər ki, 4 il sonra onlar iki şərtimizdən birini qəbul etməli olacaqlar. Ya vətəndaşlığı qəbul edib təslim olacaqlar, ya da onları ordan iti qovan kimi qovacağıq.  Bizə ermənilər ilə tamamilə əlaqələri kəsmək, onları Azərbaycana buraxmamaq sərf edir. Biz sovetlər zamanı onların Bakıda və rayonlarda necə yaşadıqlarını, axırda isə bizə qarşı hansı təxribatları hazırladıqlarını unutmamalıyıq”.

Politoloq bildirib ki, Ermənistan rəhbərliyi sülhün təmin edilməsi üçün konkret addımlar atmalıdır:

"Hələlik isə, erməni mediası Şərqi Zəngəzur və Şuşanın, Hadrutun  guya Azərbaycan tərəfindən "işğal" edildiyini və vaxtı gələndə buna son qoyacaqlarını yazırlar”. 

Xatırladaq ki, iyulun 27-si saat 16:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yuxarı Ayrım kəndləri ərazisindəki mövqelərini snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Müdafiə Nazirliyinin yaydığı son məlumata görə, iyulun 28-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu istiqamətində başladığı təxribatın qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri davam edir.

Günay Rəsulqızı
Sfera.az
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Müdafiə Nazirliyi məlumat yaydı

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələri tərəfindən guya bir neçə istiqamətdə atəş açılması, atışmanın 2 saatdək davam etməsi və hərbçilərimiz arasınd...

Ağdam və Xocavənd istiqamətindəki mövqelərimiz atəşə tutulub - RƏSMİ

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən avqustun 21-i saat 23:40-dan etibarən a...

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Avqustun 15-i saat 12:00-dan 12:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan M...

Müdafiə Nazirliyi: Cavab atəşilə qarşı tərəf susduruldu

Avqustun 15-i saat 04:33 və 07:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Mux...

“Ermənilər ya vətəndaşlığı qəbul edib təslim olacaqlar, ya da...” – Sərhəddəki hadisələr niyə səngimir?

"Soyuqların düşməsi və demarkasiya prosesinə qədər sığortalanmaq üçün Azərbaycan ordusu strateji nöqtələrdə oturmalıdır. Bu bizim üçün olduqca vacibdir”.  ...

Paşinyan Putinə niyə zəng edib? - "Nəticəsi fiaskoya uğramaqdır..."

Xəbər verdiyimiz kimi Ermənistanın müvəqqəti Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə zəng edib. Bu zəng zamanı hansı məsələlərin müzakirə ed...