Ermənilər torpaqlarımıza od vurdular - VİDEO

Ermənilər torpaqlarımıza od vurdular - VİDEO
 

Ermənistan Silahlı Qüvvələrinin Tərtər rayonunun işğal altında olan torpaqlarına od vurması nəticəsində ərazidə böyük yanğın baş verib. 

Sfera.az oxu.az-a istinadən xəbər verir ki, ərazidə quru ot, kol-kos üstünlük təşkil etdiyindən külək alovun tez bir zamanda böyüməsinə səbəb olub.

Yerli sakinlər bildiriblər ki, yanğın qısa müddət ərzində qoşunların təmas xəttini, sonra isə neytral zonanı ötərək Qaziyan və Qapanlı kəndləri ərazisinə keçib. Ərazidə taxıl zəmilərinin olmasını nəzərə alan əhali yanğınla mübarizəyə hazırlaşır.

Vəziyyətlə yerində tanış olmaq üçün "Aqrolizinq" əməkdaşları cəbhə bölgəsində olublar. Bildirilib ki, məhsulu vaxtında və itkisiz yığmaq üçün bütün texnika və kombaynlar ilk olaraq cəbhə bölgəsinə təhkim olunacaq.

Kənd sakinlərinin sözlərinə görə, yanğınlardan sonra cəbhə kəndlərində vəhşi heyvanların sayı xeyli çoxalıb.

 



OXŞAR XƏBƏRLƏR

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan ...

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...