Ermənilər sərhəddəki kəndləri boşaldır: “Onlar kəndi qorumağa gəlmədilər”

Ermənilər sərhəddəki kəndləri boşaldır: “Onlar kəndi qorumağa gəlmədilər”
Ermənistanın Azərbaycanla sərhədində yerləşən 4 kəndin sakinləri evlərini tərk edərək, yaxın şəhərlərə köçməyə başlayıb. 

Sfera.az xəbər verir ki, bunlar Qeğakunik rayonunun Kut (Zərkənd), Azat, Norabak və Yuxarı Şorca kəndlərinin sakinləridir.

Zərkəndin icma rəhbəri Sima Çitçiyan bildirir ki, hazırda hansı tərəfə baxırlarsa, orada Azərbaycan Ordusunun postlarını görürlər: 

"Örüş sahələrimiz qalmayıb. Heyvanlarımızı otarmağa yerimiz yoxdur. Əkin sahələrimizi biçmək üçün heç bir ikmanımız yoxdur. Məcbur olub arpanı, vələmiri əllə biçirik”.

Çitçiyan deyib ki, Azərbaycan Ordusu ilə aralarında bufer zona yaratmaq üçün rus sülhməramlılarını kəndə çağırıblar. Onun sözlərinə görə, İrəvan rəsmiləri də ruslarla bu barədə danışıq aparıb: 

"Lakin onlar kəndi qorumağa gəlmədilər. İrəvandan isə bizə deyirlər ki, bir qədər də səbirli olaq. Nə qədər səbirli olmaq olar?”

İcma rəhbəri bildirib ki, artıq kənd camaatı bu şəkildə yaşaya bilmir. Onun sözlərinə görə, rəsmi qurumlar da onlara kömək etmək fikrindən uzaqdırlar: 
"Əgər vəziyyət bu şəkildə davam edərsə, kəndlilər kəndləri tərk edəcəklər. Bir çoxları artıq qərararını belə veriblər. Onlar heyvandarlıqla məşğul ola biləcəkləri ərazilərə köçməyi qətiləşdiriblər”./Hit.az


OXŞAR XƏBƏRLƏR

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...

Buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az xəbər verir ki,...

16 kənddə qaz olmayacaq

Aprelin 22-si Masallı rayonunun 16 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.   Sfera.az-ın məlumatına görə, Masallı rayonu ərazisində ...