No Image
No Image

Ermənilər sərhəddəki kəndləri boşaldır: “Onlar kəndi qorumağa gəlmədilər”

Ermənilər sərhəddəki kəndləri boşaldır: “Onlar kəndi qorumağa gəlmədilər”
Ermənistanın Azərbaycanla sərhədində yerləşən 4 kəndin sakinləri evlərini tərk edərək, yaxın şəhərlərə köçməyə başlayıb. 

Sfera.az xəbər verir ki, bunlar Qeğakunik rayonunun Kut (Zərkənd), Azat, Norabak və Yuxarı Şorca kəndlərinin sakinləridir.

Zərkəndin icma rəhbəri Sima Çitçiyan bildirir ki, hazırda hansı tərəfə baxırlarsa, orada Azərbaycan Ordusunun postlarını görürlər: 

"Örüş sahələrimiz qalmayıb. Heyvanlarımızı otarmağa yerimiz yoxdur. Əkin sahələrimizi biçmək üçün heç bir ikmanımız yoxdur. Məcbur olub arpanı, vələmiri əllə biçirik”.

Çitçiyan deyib ki, Azərbaycan Ordusu ilə aralarında bufer zona yaratmaq üçün rus sülhməramlılarını kəndə çağırıblar. Onun sözlərinə görə, İrəvan rəsmiləri də ruslarla bu barədə danışıq aparıb: 

"Lakin onlar kəndi qorumağa gəlmədilər. İrəvandan isə bizə deyirlər ki, bir qədər də səbirli olaq. Nə qədər səbirli olmaq olar?”

İcma rəhbəri bildirib ki, artıq kənd camaatı bu şəkildə yaşaya bilmir. Onun sözlərinə görə, rəsmi qurumlar da onlara kömək etmək fikrindən uzaqdırlar: 
"Əgər vəziyyət bu şəkildə davam edərsə, kəndlilər kəndləri tərk edəcəklər. Bir çoxları artıq qərararını belə veriblər. Onlar heyvandarlıqla məşğul ola biləcəkləri ərazilərə köçməyi qətiləşdiriblər”./Hit.az

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Bəzi deputatlar siyahıya icra başçılarının təqdimatı ilə salınıb” – Aynur Camalqızı

"Bəzi deputatların adları namizəd kimi məhz yaşadıqları rayonların icra başçılarının təqdimatı və vasitəçiliyi ilə YAP-ın seçki siyahılarına salınıb”. ...

Paşinyan Zəngəzur dəhlizinin açılmasında əməli fəaliyyətə keçəcəkmi? - Açıqlama

"Rusiya bölgədə istədiyini əldə etməyincə, bu dəhlizin açılacağını düşünmürəm”. Bu sözləri Sfera.az-a açıqlamasında Nikol Paşinyanın rəsmi olaraq Ermən...

“Paşinyanın ilk bir ili bu işlərin görülməsinə sərf olunacaq” – Politoloq

Bu gün Ermənistanda 8-ci çağırış Milli Məclisin ilk iclası keçirilib. "Vətəndaş Müqaviləsi” partiyası tərəfindən namizədliyi irəli sürülmüş Nikol Paşinyan yen...

"Hansısa şizofrenin Azərbaycan barədə proqnoz verməsinin heç bir əhəmiyyəti yoxdur” - Deputatlardan Jirinovskiyə sərt SÖZLƏR

Rusiya Liberal-Demokrat Partiyasının sədri, Rusiya Dövlət Dumasının deputatı Vladimir Jirinovskinin Azərbaycanla bağlı son çıxışı cəmiyyət tərəfindən birmənalı ...

Yeni güc mərkəzi – Gürcüstanı Azərbaycan və Türkiyəyə yaxınlaşdıran məqam

"Üç ölkə arasında təhlükəsizlik istiqamətində strateji sənəd imzalana bilər”. Bu sözləri Sfera.az-a açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğ...

Minsk qrupunun son bəyanatı nəyə xidmət edir? – ŞƏRH

Ötən gün ATƏT-in Minsk Qrupu həmsədrləri Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb.   Bəyanatda bildirilib ki, həmsədrlə...