Ermənilər Qazaxla sərhəd ərazidə yanğın törətdi
22:45 / 06.07.2021
1689
Azərbaycan- Ermənistan sərhədində yanğın başlayıb.
Sfera.az-ın məlumatına görə, Ermənistanla Qazax rayon sərhədində düşmən quru ot sahələrinə alov vurub. Qaymaqlı kəndinlə sərhəd olan ərazidə baş verən yanğının kənd ərazisinə keçməməsi üçün 3 yanğınsöndürən maşınlar cəlb olunub.
Qeyd edək ki, Azərbaycan tərəfdəki əraziyə yaxın yaşayış evləri yoxdur.
(Report)