Ermənilər Qarabağdan Ermənistana silah-sursatla qaçırlar

Ermənilər Qarabağdan Ermənistana silah-sursatla qaçırlar
Ermənistanın Sünik Rayon Polis İdarəsinin əməkdaşları Qarabağdan silah-sursat gətirən şəxsi saxlayıblar.

Sfera.az  "Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Polisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, UAZ markalı avtomobildən bir ədəd "Kalaşnikov” pulemyot, 5,45 mm çaplı 75 güllə ilə iki ədəd daraq, habelə 317 ədəd müxtəlif çaplı patron aşkar edilib. Aşkar edilən silah-sursat müsadirə olunub.

Başqa bir məlumata görə, Vaysk Rayon Polis İdarəsinin əməkdaşları Qarabağdan qayıdan avtomobildə aparılan yoxlama zamanı "Kalaşnikov” avtomatı, süngü-bıçaq, avtomat silahın 15 ədəd darağı, 700-dən artıq patron, tüfəng və başqa silah-sursat aşkarlanıb.

Ermənistan Milli Təhlükəsizlik Xidməti bildirib ki, Qarabağdan Ermənistana qayıdan avtomobillərdə bir qayda olaraq silah-sursat aşkar edilir.

Ekspertlər vurğulayıblar ki, bu şəxslər döyüşdən imtina edən, könüllü adı altında Qarabağa zorla döyüşə aparılan Ermənistan vətəndaşlarıdır. Silaha görə gələcəkdə cinayət işi məsuliyyətinə cəlb ediləcəklərindən ehtiyat etdikləri üçün onlar silahı da özləri ilə aparırlar.

Ermənistan Polisi, Milli Təhlükəsizlik Xidməti məsələ ilə bağlı vətəndaşları xəbərdar edib. Bu qurumlar silah-sursatın döyüş bölgəsində olmasının vacibliyini vurğulayıblar.


OXŞAR XƏBƏRLƏR

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...

Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - FOTOLAR

19 aprel 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurinlə diplomatik fəaliyyətinin başa...

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...

Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA

Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.   Sfera.az  xəbər ve...