Ermənilər Qarabağdakı mülklərini niyə “su qiyməti”nə satır? – Əmlak ekspertindən açıqlama

Ermənilər Qarabağdakı mülklərini niyə “su qiyməti”nə satır? – Əmlak ekspertindən açıqlama
"Azərbaycanın işğaldan azad olunmuş Xankəndi və digər ərazilərində yaşayan ermənilərin əmlaklarının dəyəri demək olar ki, sıfıra bərabərdir”.

Bunu Sfera.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

O bildirib ki, həmin ərazilərdə yaşamaq üçün digər ermənilərə pulsuz ev və aylıq müavinət veriləcəyi vəd olunsa da, heç bir erməni o ərazilərdə yaşamaq istəmir:

"Orada yaşayanların sayları süni şəkildə şişirdilsə də, reallıqda rəqəmlər tam fərqlidir - deyilənlərdən dəfələrlə aşağı. Çünki ermənilərin Qarabağdan köç etməsi və saylarının azalması o ərazilərdəki sülhməramlıların missiyasının bitməsi və həmçinin həmin ərazilərdə yaşayan ermənilər üzərində İranın öz nəzarətini itirməsi deməkdir. Erməni satış saytlarında həmin ərazilərdəki evlərin baha qiymətə satışa çıxarılması isə başqa bir siyasətdir. İlk zamanlar ermənilər özləri evlərini satışa çıxarsalar da, bunun heç bir effekt vermədiyini və kənardan kiminsə gəlib o ərazilərdə ev almayacağını anladılar. Hazırda elanlara yerləşdirilən evlərin daha cox feyk olması və əksəriyyətinin xarici nömrələrlə satış saytlarına qoyulması hər şeyin kənardan süni şəkildə idarə edilən bir tamaşa olduğunu göstərir”.

E.Fərzəliyev qeyd edib ki, bu addımın atılmasında məqsəd dünya ölkələrində həmin ərazilərdəki əmlakların həqiqətən də bahalı olması kimi fikir formalaşdırmaqdır:

"Uzun zamandır, erməni satış saytları ilə bağlı apardığım araşdırmalar göstərir ki, ermənilər nəinki Qarabağda, hətta bütün Zəngəzur boyu evlərini, fermalarını və əmlaklarını çox ucuz qiymətlərə satışa çıxarırlar. 2020-ci ilin dekabrından 2021-ci ilin sentyabrına qədər həmin ərazilərdəki əmlakların satış qiymətlərində 10 ay ərzində minimum 30 faizə qədər ucuzlaşma baş verib. Deməli, ermənilər nəinki, Qarabağda, hətta Ermənistanın özündə belə daşınmaz əmlaklara yatırım etməkdən imtina edirlər”.
 
Günay Rəsulqızı
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Mərkəzi Bank sərt pul-kredit siyasətinə keçir – Faizlər bir qədər də artırıla bilər

Azərbaycan Mərkəzi Bankı 2021-ci ilin sentyabrın 17-də uçot dərəcəsini artırdı.  Mərkəzi Bankın uçot dərəcəsini artırmasına səbəb ölkəmizdə bu ilin i...

Mərkəzi Bank uçot dərəcəsini artırdı - 5 illik fasilədən sonra

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 6,25%-dən 6,5%-ə, dəhlizin aşağı həddinin 5,75%-dən 6%-ə, yuxarı həddinin isə 6,75%-dən 7%-...

Azərbaycanda çörəyin qiyməti niyə artır? - 19 faiz BAHALAŞMA...

Azərbaycanın bu il idxal etdiyi buğdanın qiyməti ötən illə müqayisədə xeyli yüksəlib.  Sfera.az gömrük məlumatlarına istinadən xəbər verir ki, 2021-c...

Şəffaflıq prinsipləri tərəfdaşlığımızın əsasını təşkil edəcək - Nazir

Vətəndaş cəmiyyəti institutlarının nazirliyin işində yaxından iştirakı, qərarların qəbulunda ictimai rəyin nəzərə alınması, aşkarlıq və şəffaflıq prinsipləri tə...

Ermənilər Qarabağdakı mülklərini niyə “su qiyməti”nə satır? – Əmlak ekspertindən açıqlama

"Azərbaycanın işğaldan azad olunmuş Xankəndi və digər ərazilərində yaşayan ermənilərin əmlaklarının dəyəri demək olar ki, sıfıra bərabərdir”. Bunu Sfe...

Azərbaycanda avtomobillərə görə yenidən əmlak vergisi alına bilər – Neçə manat?

Azərbaycan hökuməti qarşıdakı illərdə dövlət büdcəsinin gəlirlərinin vergilər hesabına artırılmasını hədəfləyir. Növbəti 4 ildə Dövlət Neft Fondundan transfert ...