No Image
No Image

Ermənilər Qarabağa qayıtmaq istəmirlər

Ermənilər Qarabağa qayıtmaq istəmirlər
Vaxtilə azərbaycanlı qonşularını qovan Qarabağ erməniləri ötən payızda İkinci Qarabağ müharibəsindəki dağıdıcı məğlubiyyətdən sonra özləri qaçqın kimi çətin vəziyyətə düşüblər.

Sfera.az xəbər verir ki, BMT-nin sifarişi əsasında 2021-ci il yanvarın 22-dən aparılan tədqiqatlar göstərir ki, "qaçqın vəziyyətində olan” erməni ailələrinin 85%-dən çoxu indiki yaşayış yerlərini tərk etmək istəmirlər. Qalan 15% isə ya Dağlıq Qarabağın iri şəhərləri - Xankəndi və Xocavəndə, yaxud da Ermənistanın böyük şəhərlərinə köçməyi planlaşdırırlar.

Eyni zamanda, erməni qaçqınlarının 60%-nin başlıca qida mənbəyi birbaşa paylanan qidalardır. Münaqişənin nəticələrinə görə, onların 43%-nin uşaqlarının, eləcə də onları qəbul edən ev sahiblərinin 40%-nin təhsil almaq imkanı yoxdur.

Qaçqınların 73%-dən çoxu, eləcə də onlara ev sahibliyi edənlərin 49%-nin sözlərinə görə, münaqişə onların qida əldə etmək imkanlarını məhdudlaşdırır. Qaçqın ailələrinin təxminən 14%-i, qaçqınları qəbul edən ev sahibləri olan ailələrin isə 11%-i həftədə azı bir dəfə ərzaq ala bilmir. Nəticədə, onlar qida rasionlarını azaltmaq məcburiyyətində qalırlar.

Xatırladaq ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin təqdim etdiyi rəsmi statistikaya görə, 2021-ci il noyabrın 10-da imzalanan razılaşma çərçivəsində rus sülhməramlılarının yerləşdirilməsinə başlanandan bəri 50 mindən çox erməni bölgəyə qayıdıb. Sorğuda iştirak edənlərin təxminən 70% -i ən azı yaxın aylarda bölgəyə qayıtmağı düşünmədiklərini qeyd ediblər. 

Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Media haqqında” yeni qanunda hansı yeniliklər olacaq?

Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov "Media haqqında” yeni qanun layihəsinin yekunlaşmaq üzrə olduğunu bildirib. İcraçı d...

Azərbaycanda təkcə vaksin olunanlar metrodan istifadə edə biləcək? - TƏKLİF

Koronavirusdan qorunmağın ən yaxşı yolu vaksinasiya olunmaqdır. İnsan vaksin olunmaqla virusun ona yaradacağı təhlükələrdən özünü qorumuş olur. Sfera.az x...

Partiya sədrindən təklif: "Uşaqlarla bağlı mövcud bütün müavinətlər ləğv edilsin, əvəzində isə..."

"Aztəminatlı ailələrin sosial müdafiəsini təmin etmək, uşaqlara dövlət qayğısını artırmaq mütləqdir”.   Sfera.az-ın məlumatına görə, bunu Gələcək Azərbay...

Maska ilə bağlı qərarda dəyişiklik olacaqmı? - VİDEO

Havalar isinməyə doğru gedir. Soyuq havadan fərqli olaraq, isti havada maska taxmaq çətinləşir. Tibbi maska koronavirusdan qorunmağımız üçün zəruri olsa d...

Prezidentin köməkçisi vətəndaşlara çağırış etdi: "Yeganə yol..."

"Artıq Azərbaycanda 1 milyondan çox peyvənd vurulub”. Sfera.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələl...

"Həcc ziyarəti İslamın 5 şərtindən biri deyil" - Elşad Miridən ETİRAZ

Xəbər verdiyimiz kimi ötən ilki qaydaya uyğun olaraq bu il də ölkəmizdən Həcc ziyarəti baş tutmayacaq.    Belə ki, Həcc ziyarəti ilə bağl...