“Hər tərəf türklərdir…” – Ermənilərin Qafandan qaçmasını əks etdirən VİDEO

“Hər tərəf türklərdir…” – Ermənilərin Qafandan qaçmasını əks etdirən VİDEO
Sosial şəbəkələrin erməni seqmentində Ermənistan ordusunun Azərbaycanla sərhəddə yerləşən Qafan şəhəri yaxınlığında hərbçilərin acınacaqlı vəziyyəti barədə yayılan video geniş rezonans doğurub. Ermənistanın hərbi polisi və prokurorluğu məsələ ilə bağlı istintaq başladıb, post komandiri isə hərbi polis tərəfindən saxlanılıb.

Sfera.az Haqqın.az-a istinadən xəbər verir ki, Ermənistan KİV orqanlarında yayılan məlumata görə, videoda bir qrup hərbçi postlarındakı vəziyyətin acınacaqlı olduğunu, radio və digər lazımi cihazların olmadığını bildirib.

"Qafan onsuz da təslim olduğu üçün geri çəkilməyimiz əmr edilib. Hər tərəfdə türklərdir (azərbaycanlılar - red.), üç tərəfdə onların postları yerləşir. Hər postda 50-60 nəfər var və bizdə isə cəmi 9 nəfər”, - deyə erməni hərbçilərdən biri qeyd edib.

"Qafanın təslim olması” ilə bağlı qalmaqallı videonun çəkildiyi nəzarət məntəqəsinin komandiri gecə yarısı hərbi polisə çağırılıb. Bu barədə hüquq müdafiəçisi Ruben Melikyan özünün feysbuk səhifəsində məlumat verib.

"Bir çoxunuz bu gün Qafandakı mövqelərimizdən biri ilə bağlı məsələləri gündəmə gətirən videoya baxmısınız. Nəzarət məntəqəsinin komandiri Artak Arutyunyan gecəyarısı hərbi polisə çağırılıb. İndi birlikdə gedirik”,- deyə Melikyan qeyd edib.

Hüquq müdafiəçisi bildirib ki, polisə çağırılmanın səbəbi tam olaraq açıqlanmayıb. Belə ki, problemin ictimailəşdirildikdən sonra yerli hökumət tərəfindən qismən həll edildiyi bildirilirdi.

Sözügedən video 44 günlük Qarabağ müharibəsi zamanı məğlub olan erməni ordusunun qalıqlarının nə qədər acınacaqlı vəziyyətdə olduğunu göstərir. Azərbaycan Dövlət Sərhəd Xidmətinin qoşunları tez bir zamanda Ermənistanla dövlət sərhədində möhkəmlənərkən və onlar üçün təchiz edilmiş kazarmalar və müşahidə məntəqələri qurularkən Ermənistan tərəfinin sərhəd ərazilərinə nizamsız könüllü dəstələrini yerləşdirməsi bu faktı bir daha təsdiqləyir.
 
 


OXŞAR XƏBƏRLƏR

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...