Ermənilər Nizaminin büstünü bu hala saldı - FOTOLAR

Ermənilər Nizaminin büstünü bu hala saldı - FOTOLAR
Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Deqati işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb.
 
Sfera.az xəbər verir ki, o, İnstaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmış büstünün video və fotolarını paylaşıb.

"Qarabağın işğalı zamanı erməni qoşunları bütün zamanların ən böyük şair və filosoflarından biri olan Nizami Gəncəvinin büstünü təhqir ediblər”, - Deqati yazıb.

Fotoqraf qeyd edib ki, 2021-ci ildə dahi şairin anadan olmasının 880 illiyi tamam olur.

Onun sözlərinə görə, hələ XVII əsrdə fransız şərqşünası Bartelemi de Molenvil Avropaya Gəncəvinin qeyri-adi gözəl poeziyası haqqında danışıb.

R. Deqatinin çəkdiyi fotoları təqdim edirik:



 

 

OXŞAR XƏBƏRLƏR