Ermənilər mayın 21-də təxribata hazırlaşır – Azay Quliyev

Ermənilər mayın 21-də təxribata hazırlaşır – Azay Quliyev
 Mayın 21-də ermənilər Şuşada növbəti təxribata hazırlaşır. Onlar keçirdikləri saxta seçkilərin saxta andiçmə mərasimi təşkil etmək niyyətindədir. Sözsüz ki, bu hallar bizim hər birimizi, ictimaiyyətimizi narahat edir. Çünki işğal olunan bizim torpaqlardır.

Sfera.az xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı millət vəkili Azay Quliyev deyib.

Deputat əlavə edib ki, bəzi qruplar, ələlxüsus xaricdə oturub əsassız yerə Azərbaycanı, dövləti tənqid edən şəxslərin fəaliyyətində sui-istifadə hallarına rast gəlinir:

"Ermənilər niyə bu "tədbir”i Şuşada təşkil edirlər? Çünki martın 31-də keçirdikləri "seçkilər” fiakoya uğradı. Bütün beynəlxalq qurumlar, aparıcı ölkələr bu "seçkiləri” qeyri-legitim adlandırdı, bunun heç bir hüquqi nəticə yaratmadığını elan etdi. Məhz bu reaksiyalar göstərdi ki, dünya Ermənistanın apardığı işğalçı siyasətə "yox” deyir. Əlbəttə, bu, Azərbaycan diplomatiyasının uğuru olmaqla yanaşı, cənab Prezidentin apardığı işin nəticəsidir”.

Deputat söyləyib ki, daha çox işləməli, ordunu gücləndirməyə davam etməliyik:

"Bu gün Azərbaycan Ordusunun başlatdığı təlimlər ermənilərə ən ciddi cavabdır”. (axar.az)

OXŞAR XƏBƏRLƏR