Ermənilər Kəlbəcərdən köçmək üçün niyə əlavə vaxt istədi?

Ermənilər Kəlbəcərdən köçmək üçün niyə əlavə vaxt istədi?
 Noyabrın 10-da imzlanamış üçtərəfli (Azərbaycan, Rusiya, Ermənistan) bəyanata əsasən Kəlbəcəri tərk edən erməni əhalisi biabırçı hərəkətləri ilə dünya mediasının gündəmindədir. Belə ki, daşıya biləcəkləri əşyaları, hətta unitazları belə maşınlarına yükləyən ermənilər evlərə benzin tökərək yandırıblar. Bu, həm Azərbayan, həm də bir çox xarici ölkələrdə sosial şəbəkə istifadəçilərinin müzakirəsinə səbəb olub. Bu gün isə məlum olub ki, ermənilər Kəlbəcərdən köçmək üçün Azərbaycan tərəfindən daha 10 gün vaxt istəyib.

Elə bu günlərdə "Rossiya 1” telekanalında yayımlanan "60 minut” ("60 dəqiqə”) verilişində qonaq olan Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti, "Kommersant” Nəşrlər Evinin Xarici siyasət şöbəsinin müdir müavini Aleksey Naumov azərbaycanlılarla ermənilərin Kəlbəcəri tərk etmələrini müqayisə etmişdi. O bildirmişdi ki, azərbaycanlılar ermənilərdən fərqli olaraq Kəlbəcərdən çılpaq, ayaqyalın köçürdü.

Sfera.az-ın əldə etdiyi məlumata görə, ermənilərin budəfəki məqsədi isə hələ 90-cı illərdə  Kəlbəcər uğrunda gedən döyüşlərdə qətlə yetirilmiş azərbaycanlıların meyitlərinin gizlətməkdir.

Elə buna görə ermənilər təcili imzalanmış bəyanatda onların Kəlbəcərdən köçmələrinə 5 gün verilməsinə baxmayaraq, əlavə 10 gün vaxt istəyiblər. Görünür, bu, onların törətdiyi əməlləri gizlətmələri üçün kifayət etmir...

Qeyd etmək lazımdır ki, Kəlbəcərin Ağdaban kəndinin qadınları hələ 1991-ci ildə 11 nəfər silahlı erməni quldurunu tərksilah edib, əsir götürmüşdü. 1992-ci ilin aprelin 8-də Ağdaban kəndi ermənilərin amansız hücumlarına dözə bilməyib, işğal olunub. 39 nəfər kənd sakini qəddarcasına öldürülüb, 5 nəfər girov götürülüb, 100-dən artıq ev yandırılıb. 1993-cü ilin mart ayında düşmənlər strateji əhəmiyyətli bir neçə yüksəkliyi tutub. Təkəqaya, Zağalar, Çıraq kəndlərinə soxulub evlərə od vurub, dinc əhalini diri-diri yandırıblar. Ən əhəmiyyətli Keçiliqaya yüksəkliyinə sahib çıxıblar. Aprelin 2-də Kəlbəcər artıq erməni quldurlarının əlində idi.

İşğal nəticəsində Kəlbəcərdə: 511 nəfər şəhid olub, 231 nəfər itkin düşüb, 100-lərlə adam şikəst olub. 130 yaşayış məntəqəsi, dünya şöhrətli, "İstisu” sanatoriyası, 500-dən artıq sənaye, tikinti, məişət, ticarət obyekti, 172 mədəniyyət obyekti, 96 ümumtəhsil məktəbi, 76 səhiyyə obyekti, 1 muzey darmadağın edilib. 100 min baş qaramal, 500 min baş qoyun-quzu, 100-lərlə maşın, texnika, avadanlıq talan olunub.
 
(qafqazinfo)

OXŞAR XƏBƏRLƏR

"Barça" - "PSJ" matçı bu gün baş tutacaq 

Bu gün, aprelin 16-da Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu keçiriləcək.   Sfera.az bildirir ki, burada Fransanın "Paris Sen-...

Ermənistan XİN rəhbəri Səudiyyə Ərəbistanına GEDİR

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Səudiyyə Ərəbistanına səfər edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Ermənsitan XİN-in mətbuat kat...

Çarli Çaplini heyran edən azərbaycanlı bəstəkarın DOĞUM GÜNÜDÜR

Bu gün görkəmli bəstəkar, Azərbaycanın Əməkdar incəsənət xadimi Qəmbər Hüseynlinin doğum günüdür.   Sfera.az xəbər verir ki, Qəmbər Hüseynli 16 ...

Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb

Yelo Bank 2024-cü ilin birinci rübünü uğurlu nəticələrlə tamamlayıb.   Rübün yekununda Bankın xalis mənfəəti 14 mln manatı keçib. Bankın digər əsas m...

Kloppun yerinə daha bir namizəd seçildi - FOTO

Almaniyanın “Bavariya” klubunun sabiq baş məşqçisi Niko Kovaç İngiltərə “Liverpul”una rəhbərlik edə bilər.   Sfera.az bildiri...

Rusiya və İran prezidentləri Yaxın Şərqdəki vəziyyəti MÜZAKİRƏ ETDİLƏR

Rusiya və İran prezidentləri Vladimir Putinlə İbrahim Rəisi İsrailin İranın Dəməşqdəki diplomatik missiyasına hücumundan sonra Yaxın Şərqdə vəziyyətin gərginləş...