Ermənilər Kəlbəcərdəki mövqelərimizi atəşə tutdu, CAVAB ATƏŞİ AÇILDI
18:26 / 15.07.2021
1609
İyulun 15-də saat 14:15 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Müdafiə Nazirliyindən Sfera.az-a verilən məlumata görə, qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.