Ermənilər Kəlbəcərdə Azərbaycan maşınlarının yolunu bağladı: Nə baş verir? - VİDEO

Ermənilər Kəlbəcərdə Azərbaycan maşınlarının yolunu bağladı: Nə baş verir? - VİDEO
Azərbaycan Respublikasının işğaldan azad(!) olunmuş Kəlbəcər rayonunun işğal zamanı "Drmbon" adlandırılmış  Heyvalı kəndindəki ermənilər yolu bağlayaraq Azərbaycanın yük maşınlarından ibarət kolonunun qarşısını kəsməklə etiraz aksiyası keçiriblər.

Sfera.az xəbər verir ki, bu haqda erməni nəşrləri məlumat yayıb.  Hazırda Rusiya sülhməramlıları kontingentinin nəzarətində qalan Heyvalı kəndinə rus hərbçiləri yeridilib. Ermənilər aksiyalarının heç bir münaqişə yaratmaq məqsədi daşımadığını bildirərək sülhməramlılardan tələb ediblər ki, azərbaycanlılar istifadə etdiyi kimi, onların da Kəlbəcərdən Ermənistana keçən yolla  "Vardenis”ə(Basarkeçər) getməyinə şərait yaradılsın.  Onların sözlərinə görə, Laçın dəhlizi ilə Basarkeçərə qohumlarını yoxlamağa getmək üçün 500 km yol  qət etməlidirlər, halbuki, Kəlbəcərdən cəmi 60 km getməklə həmin əraziyə çata bilərlər. 

Moderator.az yazır ki, ermənilər rus sülhməramlılarına şikayət edib ki, guya azərbaycanlı hərbçilər yoldan keçəndə onlara qarşı alçaldıcı jestlər edərək onların əsəbləri ilə oynayırlar. Etirazçılar sülhməramlılardan bu cür hərəkətlərə nəzarət etməyi xahiş ediblər. 

Ermənilərin yolu kəsərək asayişi pozmalarına heç bir etiraz ifadə etməyən və danışığında "Artsax" ifadəsi işlədən rus general ərazidə heç bir təxribata yol verməyəcəklərini bildirərək ermənilərə izah edib ki, Heyvalıdan keçən azərbaycanlı hərbçilər yox, tikinti şirkəti əməkdaşlarıdır. "Onlar artıq  belə hərəkətlər etməmək haqda xəbərdar olunub. Onlara buradan keçəndə telefon işlətməyi də qadağan etmişəm..." -deyə Rusiya generalı əlavə edib. O, ermənilərə gec-tez sovet dövründə olduğu kimi, azərbaycanlılarla dinc yanaşı yaşayacaqlarını izah edərək "Yaşasın Sovet İttifaqı!" söyləyib...

Yolun açılmasına gəlincə isə, general bunun onun səlahiyyətləri çərçivəsində olmadığını bildirib. Amma məsələni mütləq yuxarı qurumlara çatdıracağına söz verib. Azərbaycan torpağında 30 ilə yaxın qanunsuz məskunlaşmış ermənilər isə problemin həll olunmayacağı təqdirdə bu cür aksiyaları təkrar keçirəcəklərini bəyan ediblər.
 
/Yenisabah

OXŞAR XƏBƏRLƏR

Xankəndidə xeyli silah-sursat AŞKARLANDI

Xankəndidə xeyli silah-sursat aşkarlanıb.   Sfera.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə...

Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə GÖRÜŞDÜ - FOTO/VİDEO

Quru Qoşunlarının qərargahında Aprelin 20-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.   Bu barədə ...

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...