Ermənilər "Köçəri" oynadı, azərbaycanlılarla qarşıdurma yarandı - VİDEO

Ermənilər

İyulun 14-də Montenoqronun Hersoqov şəhərində keçirilən Beynəlxalq xalq rəqsləri və mahnıları Festivalında azərbaycanlılarla ermənilər arasında qarşıdurma baş verib. 

Bununla bağlı Erməni Araşdırmaları - tədqiqat və tədris mərkəzinin Böyük elmi işçisi İsmayıl Tanrıverdi məlumat verib. 

O bildirib ki, Ermənistanı təmsil edən "Kafkaz” rəqs ansamblının şagirdləri Azərbaycan milli rəqsi olan "Köçəri” və "Gözəlim sənsən” xalq mahnısını ifa edərkən, tamaşaçılar arasından çoxsaylı azərbaycanlılar buna etiraz əlaməti olaraq Azərbaycan bayrağını qaldırıb və rus dilində yüksək səslə "Bu, Azərbaycan mahnısıdır, ar olsun sizə!” sözlərini deyiblər. 

"Bütün bunlara məhəl qoymayan ermənilər ifalarını başa çatdırıblar. Yerlərdən səs-küy salan bir qrup erməni qadınlar isə öz saxta tarixləri ilə azərbaycanlılara "dərs” verməklə yanaşı, həm də təhqir etməyə başlayıblar. Onlar "Eybecərlər, axmaqlar! Bizim 300 min illik tariximiz olanda siz haradaydınız?” deyə qışqırıblar.

Bununla da qarşıdurma başlanıb. Erməni rəqs qrupu rəhbərinin arvadı Liana Poqosyanın dediyinə görə, naəlac qalan ermənilərin yardımına polis qrupu gəlib, azərbaycanlıların bir neçəsi saxlanılıb”, - İ.Tanrıverdi deyib.

(Oxu.az)

 


OXŞAR XƏBƏRLƏR

“Harada tərbiyəsiz varsa, onu AzTV-yə götürürlər” - VİDEO

Tanınmış teleaparıcı  Elçin Əlibəyli  sosial şəbəkədə  "AzTV” telekanalını sərt tənqid edib.  Dövlət Televiziyasını "Əxlaqsızlıq yuvası” ad...

Azərbaycanlı müğənni Mehriban Əliyevaya mahnı həsr etdi - VİDEO

Müğənni Günay İbrahimli "Mehriban” adlı mahnısını təqdim edib. Sfera.az Publika.az-a istinadən xəbər verir ki, bəstəkar Pərviz Mahmudovun layihəsi bi...

Gəncənin məşhur "Butulkalı ev"i təmir edilir - VİDEO

Gəncədə məşhur "Butulkalı ev" təmir edilir. Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, inşasında 46 minə yaxın müxtəlif ölçülü və rəngli butulkadan istifadə ...

Yol polisindən kobud qayda pozuntusu: araşdırma başladı - VİDEO

Azərbaycanda yol polisinin yol hərəkəti qaydalarını kobud şəkildə pozması kameralara düşüb. Sfera.az oxu.az-a istinadən xəbər verir ki, görüntülərdə 99-YP...

Azərbaycan komandası finala vəsiqə qazanıb

  Moskva vilayətinin Alabino hərbi poliqonunda təşkil edilən "Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində "Səhra mətbəxi” müsabiqəsində Azərba...

Yağış məktəbin hasarını aşırdı – VİDEO

Ötən gecədən başlaayan güclü yağış Bakıda dağıntıya səbəb olub. Sfera.az "Yeni Sabah”-a istinadən xəbər verir ki, Bakı şəhəri Xətai rayonu R.Məmmədov adına 269...