Ermənilər isterika içindədir - Gorus-Qafan yolunda nə baş verib?

Ermənilər isterika içindədir - Gorus-Qafan yolunda nə baş verib?
"Səhərdən Ermənistan KİV-lərini oxuyuram, çoxdandır belə isterika görməmişdim - Azərbaycan Daxili İşlər Nazirliyinin Gorus-Qafan yoluna post qoyması, maşınları yoxlaması Ermənistanda şok effekti yaradıb”.

Sfera.az bildirir ki, bunu REAL partiyasının icraçı katibi Natiq Cəfərli deyib. O, sözügedən hadisələrin erməni mətbuatına yansıdığını vurğulayıb:

"Hətta artıq, "qoymayın, türklər bizim maşınlarımızı oğurlayır”, kimi başlıqlar, manşetlər atırlar. Deməli, Ermənistan sakini "UAZ” markalı maşınla ərazimizə daxil olub – özü də ordumuzun nəzarətində olan bölgəyə girdiyini etiraf edir. Orada yanacağı bitib, maşını qoyub gedib yanacaq gətirməyə, qayıdanda görüb ki, "UAZ” yerində yoxdur və bunu bütün Ermənistan KİV-ləri "oğurluq” kimi qələmə verirlər. 

Əslində gələcəkdə sürücüsüz, nəzarətsiz maşınlar ərazimizdə tapılsa, risk etmək lazım deyil, yerindəcə məhv edilməlidir. Çünki minalanmış ola bilər, terror xarakterli təxribat, tələ ola bilər. Təbii ki, nəzarətsiz olan, ərazimizdə tapılan maşın götürülməli, yoxlanılmalı idi, bunu "oğurluqla" nə əlaqəsi?!”.

N.Cəfərli qeyd edib ki, işğal son 26 ildə ermənilərin başlarını o qədər havalandırmışdı ki, sərhəddin Tərtərdən, Ağcabədidən, Bərdədən, Gəncədən, Horadizdən başladığına inanmışdılar:

"İşğal etdikləri əraziləri özününkü hesab edir, yollar çəkirdilər. Bu ərazilərin heç vaxt Azərbaycana qayıtmayacağından əmin idilər. Ona görə indi şok yaşayırlar – 44 günlük Vətən Savaşından öncə Gorusa, Qafana bizim ordunun nəzarət etdiyi torpaqlardan 150-200 km məsafə var idi. İndi urdumuz sərhəddə, Qafanın 3-5 km-də, Gorusun yaxınlığındadı. Polisimiz isə bunların işğal zamanı bizim torpaqlarda inşa etdiyi yollarda post qurublar – bu, Ermənistanda ciddi psixoloji gərginlik yaradıb.

Bu bir daha bəzi boşboğazların, "Onsuz da Ermənistan 7 rayonu qaytarırırdı da, daha niyə döyüşdük”, çərənnəmələrinə cavabdır. Ermənistan danışıqla bir kənd belə qaytarmayacaqdı, belə iddiada olanlar ağ yalan danışırlar, manipulyasiya ilə məşğuldurlar”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...