\"Ermənilər insanlığa qarşı qanlı cinayətlər törədiblər\" - Numan Kurtulmuş

\
"Bu gün Gəncədə 44 günlük İkinci Qarabağ müharibəsində ermənilərin törətdikləri insanlıqdan kənar hücumların baş verdiyi ərazidəyik. Bu insanlığa sığmayan, gecə yarısı saat 2-dən sonra qadınların, uşaqların yuxuda olduğu bir vaxtda mülki insanların yaşadığı əraziyə atılan raket zərbəsi ilə burada 26 qardaşımız şəhid oldu".

Sfera.az xəbər verir ki, bu sözləri Türkiyənin Ədalət və İnkişaf Partiyasının sədrinin birinci müavini Numan Kurtulmuş Gəncəyə səfəri çərçivəsində erməni terroru nəticəsində çoxlu sayda insanın həlak olduğu, yaralandığı və böyük dağıntıların yarandığı ərazidə olarkən jurnalistlərə açıqlamasında deyib.

Şəhidlərin xatirəsini rəhmətlə andığını bildirən qonaq deyib:

"Bu raket hücumları, döyüş vaxtı ermənilərin bu hərəkəti bir daha göstərdi ki, döyüş meydanında mərdliklə döyüşə bilməyənlər təəssüf ki, arxadan mülki insanları, qocaları, uşaqları qətlə yetirərək insanlığa qarşı qanlı cinayətlər törədiblər. Ətrafdakı dağıntılar qanlı üzü, kirli əli bütün dünyaya ifşa edən açıq sübutlardır. Amma buna rəğmən ən azından dünya ictimaiyyətinin müəyyən bir qismi bu həqiqətləri görmək istəmədi. Şəhidlərə Allahdan rəhmət diləyir, bu müharibə zamanı insanlıqdan kənar hücumları ilə gündəmə gələn erməniləri şiddətlə qınayırıq. Bu hücumlar zamanı əsla unudulmamalı olan insanlıq əleyhinə cinayətlərin törədildiyini dünyaya çatdırmaq üçün bu gün buradayıq. Bizim mentalitetimizdə döyüş meydanında olmayan insanlara qarşı əsla silah çəkilməz, xüsusilə uşaqları, qocaları, xəstələri vurmaq əsla yolverilməzdir. Bu dağıntılar burada insanlıq əleyhinə törədilən cinayətlərin qurbanlarının xatirəsinə bir abidədir. Ümid edirik ki, bu müharibə cinayəti zamanla bütün beynəlxalq ictimaiyyət tərəfindən qiymətləndiriləcək, bu cinayəti törədənlər haqqında lazımi tədbirlər görüləcək. Şəhidlərimizə Allah rəhmət eləsin!” (Azərtac).

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...