Ermənilər Holokost abidəsini təhqir etdi - FOTO

Ermənilər Holokost abidəsini təhqir etdi - FOTO
İrəvanın mərkəzində "Kentron" adlandırılan ərazidəki yəhudilərin Holokost soyqırımı abidəsinə hücum olub.

Sfera.az  xəbər verir ki, erməni ekstremistləri abidəni qırmızı rəngə boyayıblar. Millətçilər təhqir etdikləri abidənin şəkillərini çəkərək sosial şəbəkələrdə paylaşıblar. Erməni radikallar paylaşımlarda yəhudiləri təhdid edərək "sizin də qanınız töküləcək" deyə yazıblar.
Digər erməni istifadəçiləri bu təhqiramiz addımı rəğbətlə qarşılayıblar. Hətta məlum paylaşımlardakı şərhlərdə İsrail dövlətinin daim Azərbaycana dəstək verməsinin onlara baha başa gələcəyi kimi hədələr yer alıb.

Artıq İrəvan meriyasının sözcüsü Ovsep Kubatyan abidənin təmizləndiyini bildirib.

Qeyd edək ki, ermənilərin abidələri təhqir etməsi ilk hadisə deyil. İşğal edilmiş Azərbaycan ərazilərindəki tarixi və mədəni abidələrin əksəriyyəti erməni vandalları tərəfindən dağıdılıb. 
 
(azvision.az)

OXŞAR XƏBƏRLƏR

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...

Aparıcı Zamirə Dadaşova “Space TV”yə qayıtdı: “Məbləğin bir qismi ödənildi”

“Space TV” ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini i...

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin SİYAHISI

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb.   Sfera.az xəbər verir ki, siyahı Azərbaycan Respublikasının Elm, texnika...

İranlı diplomat Estoniya XİN-ə çağırıldı

İranın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin sa...

Hərbi helikopterlər havada toqquşub: Ekipaj üzvləri həlak oldu

Malayziyada iki hərbi helikopter Lumut bazasında təlim uçuşları zamanı qəzaya uğrayıb. Ekipaj üzvlərindən heç biri sağ qalmayıb.   Sfera.az xəbər ver...

Şoyqunun müavini rüşvətə görə saxlanıldı - FOTO

Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya İstintaq ...