Ermənilər əcnəbi jurnalistləri təhdid edir

Ermənilər əcnəbi jurnalistləri təhdid edir
İsrailin "YerusəlimOnlayn” portalında "Jurnalistlərə qarşı hücuma son qoyulmalıdır” sərlövhəli məqalə dərc olunub.

Sfera.az xəbər verir ki, məqalədə jurnalist Reyçl Abraham Dağlıq Qarabağ münaqişəsini işıqlandırdıqdan sonra erməni diasporu tərəfindən təhdid və təhqirlərlə dolu mesajlar aldığını bildirir. O, həmçinin erməni diasporu tərəfindən təhdidlər alan digər jurnalistlərdən və hüquq müdafiəçilərindən bəhs edir.

Məqalədə bildirilir ki, İtaliyanın "La Republica” qəzetinin jurnalisti Peitro Del Re də öz fəaliyyətinə görə ermənilər tərəfindən hücumlara məruz qalıb. Fransanın "TF1” kanalının və ABŞ-ın "Nyu-York Times” qəzetinin jurnalistləri də erməni lobbisi tərəfindən hücum və təhdidlərlə üzləşib.

Yazıda, həmçinin Kaliforniyadakı türk restoranına edilən erməni vandal hücumlarının qəbuledilməz olduğu vurğulanır.

Qeyd edilir ki, hətta ABŞ-dan olan insan hüquqları müdafiəçisi Sarah Elizabeth Dill də erməni aqressivliyinin hədəfindədir.

OXŞAR XƏBƏRLƏR