Ermənilər daha bir kəndi boşaltdı - Ərazi Azərbaycana təhvil verilir
08:16 / 20.01.2021
5064
"Ermənistanla sərhədlərimiz dəqiqləşdirilir. Naxçıvanın iki kəndi – Kərki və Nüvədi, Qazaxın da 7 kəndi Azərbaycana qaytarılacaq”.
Sfera.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, Kərki boşaldılıb, bir həftəyə Azərbaycana təhvil veriləcək: "Sonra Nüvədi kəndini təhvil alacağıq. Daha sonra Qazaxın 7 kəndi qaytarılacaq. Bu ərazilər bizimdir”.