Ermənilər cəbhəyə getməmək üçün özlərini virusa “yoluxdurur”

Ermənilər cəbhəyə getməmək üçün özlərini virusa “yoluxdurur”
Xəbər verdiyimiz kimi Ermənistanda koronavirus infeksiyasına yoluxma halı kəskin şəkildə artıb.
 
Sfera.az bildirir ki, son sutka ərzində 2474 nəfər infeksiyaya yoluxub, 16 nəfər isə dünyasını dəyişib.

Koronavirusun Ermənistanda tüğyan eləməsi hökumətin infeksiya ilə mübarizədə bacarıqsızlığı ilə izah edilir. Lakin bunun başqa səbəbləri də var.

Ermənistanda yoluxmanın artan tendensiya ilə davam etməsi sentyabrın 27-dən, yəni, Qarabağda yeni eskalasiyanın başlanmasından sonraya təsadüf edir. Bəzi məlumatlara görə, yoluxma halının artması elə birbaşa Qarabağdakı müharibə ilə bağlıdır. 

Bildirilir ki, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı Ermənistanda döyüş ruhunu da sarsıdıb. Erməni gənclər məğlub ordunun sıralarında döyüşmək istəmirlər. Bildirilir ki, müharibəyə getmək istəməyənlər müxtəlif vasitələrlə özlərini koronavirus xəstəsinə çevirirlər. Beləliklə də, hərbi xidmətdən yayınırlar.

Azərbaycan Ordusu Qarabağda irəlilədikcə isə Ermənistanda koronavirus xəstələrinin sayı daha sürətlə artıq. Bu da yayılan məlumatın əsassız olmadığı qənaətini yaradır.
 
/Yenisabah.az

OXŞAR XƏBƏRLƏR

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...