Ermənilər Ağdərənin 7 kəndindən ÇIXARILIR

Ermənilər Ağdərənin 7 kəndindən ÇIXARILIR
Ağdərinin 7 kəndindən ermənilər çıxarılır.

Sfera.az xəbər verir ki, bu haqda "rayonun rəhbəri" Ayk Baxşiyan "Novosti Armenia"ya bildirib.
 
Söhbət ermənilərin Nor Marağa, Nor Aygestan, Seysulan, Nor Karmiravan, Nor Akadzhur, Ovtaşen və Nor Jraberd adlandırdığı kəndlərdir. adlandırdığı kəndlərdən gedir.

"Azərbaycan ordusu irəliləyəcək, həmçinin orada sülhməramlılar yerləşdiriləcək. İndi bir şey deyə bilərəm: təxliyə ilə bağlı qərar var", - deyə Baxşiyan deyib.

Ağdərə ərazisinin qondarma adminstrasiya rəhbəri Sasun Harutyunyan da bildirib ki, rayonun 6 kəndi Azərbaycana veriləcək. Kənd sakinlərinə ərazini boşaltmaq əmri verilib. Onlar 19 noyabr 23:00-a kimi kəndləri boşaltmalıdır.

Qeyd olunur ki, bu yaşayış məntəqələri münaqişə öncəsi inzibati bölgüyə görə, Ağdam rayonuna məxsus olub. 

OXŞAR XƏBƏRLƏR