Ermənilər ABŞ-ın mərkəzində azərbaycanlılara hücum edib - VİDEO + FOTOLAR

Ermənilər ABŞ-ın mərkəzində azərbaycanlılara hücum edib - VİDEO + FOTOLAR
 
Ermənilərin daha çox yaşadığı ABŞ-ın Los-Anceles şəhərində azərbaycanlılarla ermənilər arasında ciddi qarşıdurma yaşanıb, - bu barədə Anews.az-a jurnalist Qənirə Ataşova məlumat verib.
 
Onun sözlərinə görə, hətta polis ermənilərin qarşısını ala bilməyib. "Ermənilər Qarabağla bağlı protest təşkil edib. Bizimkilər də hadisə yerinə gəlib "Qarabaq" şüarını səsləndirməyə başlayıblar. Amma ermənilərin sayı çox olub. Polis azərbaycanlıları  ermənilərin əlindən almağa çalışsa da onlar polisə belə şiddət edərək bizimkiləri döyməyə başlayıb. Bu bir daha sübut edir ki, ABŞ-ın mərkəzində belə vəhşilik edən millət Xocalıda da qırğınlar törədə bilərdi",  deyə jurnalist  vurğulayıb.
 
 
Ataşovanın sözlərinə görə, döyülən yeddi azərbaycanlı  xəstəxanaya  yerləşdirilib, aralarında reanimasiyaya qoyulanlar da var. 
 
Jurnalist bildirir ki, Los-Ancelesdəki  Azərbayca konsulluğunun işçiləri polisin ermənilərlə əlbir olmaqda şübhələnir. "Çünki bizimkilər ermənilərdən aralı dayanıbmış. Onları ermənilər tərəfə polis keçirib. Bundan sonra bizimkiləri döyməyə başlayıblar", - deyə Ataşova əlavə etdi.  
 (anews)

 
 

OXŞAR XƏBƏRLƏR