No Image
No Image

"Erməni təxribatı nəticəsində ölən mülki şəxslərdən 18-i qadın, 8-i uşaqdır"

Oktyabrın 22-də Baş prokuror Kamran Əliyev Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soli ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, Baş prokuror Azərbaycanla Tacikistan arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə, bütün sahələrdə işgüzar münasibətlərin mövcudluğuna toxunaraq, əlaqələrin uğurla inkişaf etdiyini, hər iki ölkə arasında əməkdaşlığın genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin mühüm əhəmiyyətini qeyd edib.

Baş Prokuror, sentyabrın 27-dən başlayaraq Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin ağır artilleriya və raket qurğularından atəşə tutulması nəticəsində dinc mülki əhalimizə qarşı sülh və insanlıq əleyhinə cinayətlərin törədilməsini, o cümlədən 4, 11 və 17 oktyabr tarixlərində Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin raket zərbələrinə məruz qalmasını qeyd etməklə xüsusilə vurğulanıb ki,  ümumilikdə mülki əhalidən 63 nəfər həlak olub, onlardan 18-i qadın, 8-i uşaq olub, 293 nəfər yaralanıb, onlardan 69-u qadın, 32-i uşaq olub, 2072 yaşayış evinə, 90 çoxmərtəbəli binaya və 388 mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir ikitərəfli münasibətlərə toxunaraq Tacikistanın Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və münasibətlərin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini bildirib.

Rüstəm Soli ölkəmizlə Ermənistan arasındakı mövcud münaqişə barədə fikir mübadiləsi aparılarkən ölkəsinin rəsmi mövqeyini bildirirək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün Tacikistan dövləti tərəfindən tanındığını və  Dağlıq Qarabağ ərazisinin ölkəmizin tərkib hissəsi olmasını təsdiqlədiklərini qeyd etməklə, münaqişənin BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində nəzərdə tutulmuş qaydada baza prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin vacibliyini diqqətə çatdırıb

Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin yaşayış məntəqələrinin raket atəşinə tutulmasının ölkəsi tərəfindən qətiyyətlə pislənildiyini bildirməklə, bu hadisələrin rəsmi bəyanatlarında əks olunduğunu xüsusilə vurğulanıb.

Daha sonra hər iki dövlətin prokurorluq orqanları arasında əməkdaşlıq, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya və sair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR

Evə dönməyə hazırlaşan əsgərlərimizin rəqsi - VİDEO

Cəbhə bölgəsindən evlərinə dönməyə hazırlaşan rəşadətli əsgərlərimiz əylənərək rəqs edirlər.  Sfera.az xəbər verir ki, döyüşçülər hərb həyatlarının a...

“Ərimə yaxın dostu ilə xəyanətimi dedim” - Sofiyevanın ziddiyətli ifadələri

Ötən ilin iyulun 7-də naməlum şəraitdə yatdığı divanda bir neçə bıçaq zərbəsi və boğazının kəsilməsi nəticəsində öldürülən, bir neçə tanınmış şirkətdə satış təm...

Bu qadın evində 480 pişik, 12 it saxlayır - FOTO

Omanın paytaxtı Maskatda yaşayan Məryəm əl-Bəluşi adlı qadın evini 480 pişik və 12 köpək ilə paylaşır. Sfera.az  xəbər verir ki, bu barədə məlumatı A...

Evinə dönən əsgərin övladı ilə qarşılaşması hər kəsi duyğulandırdı - VİDEO

Bildiyimiz kimi, ordumuzun 44 günlük zəfər yürüşündən sonra Azərbaycan inamlı qələbə qazanıb. Buna qədər isə Azərbaycanın igid oğulları vətənimizin bütövl...

Ermənistanın keçmiş baş qərargah rəisi “metallolom” satırmış

"Ehtiyatda olan general (Movses Akopyanı nəzərdə tutur – "Report”) mətbuat konfransı keçirir və uğursuzluqlar barədə danışır. Ancaq unudur ki, o vəzifədə olanda...

Ermənistan bu əraziləri də Bakıya verməlidir - Rusiyalı ekspert + VİDEO

Həm Sovet İttifaqının dağılması zamanı, həm də ondan öncə Ermənistan ərazisində 4 Azərbaycan eksklavı mövcud olub. Üstəlik, hardasa bir qrup kənd, ayrı yaşayış ...