“Erməni siyasətçilərlə görüşəndə onlar deyir ki...” – Yekun sülh müqaviləsinə nə mane olur?

“Erməni siyasətçilərlə görüşəndə onlar deyir ki...” – Yekun sülh müqaviləsinə nə mane olur?
"Mən müxalif erməni siyasətçilərlə görüşəndə onlar deyir ki, sülhün imzalanmasını qəbul edirlər, lakin Qarabağın Azərbaycana aid olması ilə bağlı sənədə imza atmağa məcbur edilmək istəmirlər”.
 
Bu sözləri Sfera.az-a açıqlamasında deputat Erkin Qədirli bildirib.
 
Millət vəkilinin sözlərinə görə, istənilən erməni siyasətçi üçün Qarabağın Azərbaycana aid olduğunu təsdiq edən sülh müqaviləsinə imza atmaq Ermənistan ictimai rəyində xəyanət kimi qəbul edilir:
 
"Təbii ki, biz də bu mövqe ilə razılaşa bilmərik. Özündə Qarabağın Azərbaycana aid olduğunu ehtiva etməyən hansısa müqavilənin imzalanmasında maraqlı deyilik. Ona görə istər Paşinyan, istərsə də hansısa siyasi güc bununla razılaşarsa, biz onunla əməkdaşlıq edə bilərik. Görünən odur ki, Nikol Paşinyan da daxil olmaqla Ermənistandakı hansısa siyasi güc Qarabağın Azərbaycana aid olduğunu qəbul etmək niyyətində deyil”.
 
Deputat Azərbaycan və Ermənistan rəhbərliyi arasında baş tutacaq görüşlər barədə də danışıb:

"Soçi görüşündən xüsusi gözləntim yoxdur. Düşünmürəm ki, Brüssel görüşündən öncə tərəflər arasında hansısa anlaşma olsun. Rusiyanın təşəbbüsü ilə sülh müqaviləsinin imzalanması isə nə Azərbaycanın, nə də Ermənistanın maraq dairəsindədir. Bu dəqiqə əsas məsələ Azərbaycan və Ermənistan liderləri arasında görüşün baş tutmasıdır. Nədənsə başlamaq lazımdır, bu təmaslar olmalıdır. Prezidentlər vasitəçilərlə yox, bir-birinə demək istədiklərini birbaşa çatdırmalıdırlar”.
 
Əzizə Zeynal
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Gənclər və idman nazirinə 2 yeni müavin təyin edildi - SƏRƏNCAM

Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbova iki müavin təyin edilib.   Sfera.az xəbər verir ki, Azərbaycan Respublikası Preziden...

Prezident üç qanuna dəyişikliyi təsdiqlədi

Prezident İlham Əliyev "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. ...

Prezident iranlı jurnalistin Azərbaycan dilində sualına belə cavab verdi - VİDEO

"Çox yaxşı söhbət etdik. Dost kimi, qardaş kimi İran-Azərbaycan əlaqələri haqqında fikir mübadiləsi apardıq”. Sfera.az  xəbər verir ki, bunu Azərbayc...

Prezident İlham Əliyevin Türkmənistana səfəri başa çatdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana səfəri noyabrın 28-də başa çatıb. Sfera.az  xəbər verir ki, Azərbaycan Respublikas...

İlham Əliyev Aşqabadda Rəcəb Tayyib Ərdoğanla görüşdü - YENİLƏNİB

Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub. ...

İlham Əliyev İran Prezidenti ilə görüşdü - YENİLƏNİB

Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub. ...