\"Erməni separatçılarının yaşadığı əraziyə bundan on qat artıq mina basdırmalıyıq\" - Deputat

\
"Artıq yetərli deyilmi? Biz bu cür mina partlayışı xəbərlərini ermənilərin yaşadığı hər köşədən almalıyıq”.
 
Sfera.az bildirir ki bunu Milli Məclisin deputatı Fazil Mustafa Kəlbəcərdə minaya düşərək vəfat edən jurnalistlərdən danışarkən deyib. O bildirib ki, bizim ərazilərimizdə basdırılmış minaların on qatını Ermənistan ərazisində, on qatını da erməni separatçılarının yaşadığı Azərbaycan ərazisində basdırmalıyıq:

"Bu vəhşilər durub sizə xəritə verəcəklər? Adamlar durmurlar, hər bir azərbaycanlı qətli bu vəhşi millət üçün bir təsəlli sayılır. Mina terroruna mina terroru ilə də cavab verilməlidir. Bunu bacaran oğullarımız var, mütəxəssislərimiz var. Bu millət cavab görməyincə durmayacaq”.

Millət vəkili qeyd edib ki, terroruna terrorla, minasına mina, yumruğuna yumruqla cavab verilməlidir.

Günay
Sfera.az

OXŞAR XƏBƏRLƏR