Erməni qiyamçılar təslim olmaq niyyətində deyil

Erməni qiyamçılar təslim olmaq niyyətində deyil

İrəvanda Post-Patrul Xidməti Alayının binasını ələ keçirən silahlı qrup təslim olmaq niyyətində deyil.

 

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə silahlı qrupun  üzvü Varujan Avetisyan bildirib.  

 

"Bizim qrupun təslim olmaq niyyətində olması barədə bütün xəbərlər yalandır. Biz yalnız aşağıdakı tələblərimiz yerinə yetirildikdə silahlarımızı yerə qoyacağıq: Serj Sarkisyanın istefası, heç bir halda hakim Respublika Partiyasının üzvlərinin tərkibində yer almayacağı müvəqqəti hökumətin formalaşdırılması və yeni seçkilərin keçirilməsi”, - deyə Avetisyan bildirib.

 

Qeyd edək ki, bundan əvvəl silahlı qrup mətbuat nümayəndələri ilə görüş təşkil ediləcəyi təqdirdə girov götürdükləri polis əməkdaşlarını azad edəcəklərini vəd ediblər. Hökumət nümayəndələri ilə danışıqlardan sonra onlara jurnalistlərə görüşmək üçün şərait yaradılıb. Silahlılar girov saxladıqları sonuncu iki polis əməkdaşını azad ediblər. 

 

Qeyd edək ki,  iyulun 17-də bir qrup silahlı şəxs İrəvan ətrafındakı Erebuni rayonunda polis şöbəsinin binasını ələ keçirib. Onlar polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. Hücum zamanı bir polis ölüb, 5-i polis olmaqla 6 nəfər yaralanıb. 

 

Hadisə yerinə toplaşan yüzlərlə mülki vətəndaşlar  silahlı şəxslərə qarşı xüsusi əməliyyat keçirəcək polislərə mane olmağa çalışırlar. İyulun 20-də etirazçılar polis xəttini yarmağa cəhd ediblər. Baş vermiş toqquşma nəticəsində 29-u polis olmaqla, 51 nəfər xəsarət alıb, 136 nəfər saxlanılıb.   



OXŞAR XƏBƏRLƏR

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...

Əməkdar artist Firuzə İbadova haqqında yayılan xəbəri təkzib etdi

Əməkdar artist Firuzə İbadova səhnədən gedəcəyi xəbərlərini təkzib edib.    “Unikal” xəbər verir ki, müğənni “F...