Erməni polkovnik avtomobillə vuruldu
20:28 / 18.09.2021
2061
Ermənistanın paytaxtı Yerevanda polis rəisinin müavini, polkovnik Vaqe Enokyan avtomobillə vurulub.
Bu barədə Sfera.az Ermənistan KİV-ə istinadən xəbər verir.
Hadisə sentyabrın 17-də axşam saatlarında baş verib. Sürücünün kimliyi, avtomobilin markası və nömrəsi dəqiqləşdirilməyib.
Sürücü zərərçəkəni köməksiz qoyaraq hadisə yerindən uzaqlaşıb.
Hazırda polis polkovniki xəstəxanaya yerləşdirilib.