Erməni ordusunda həyəcan təbili: Xankəndində partlayış, Azərbaycan hücuma keçib?

Erməni ordusunda həyəcan təbili: Xankəndində partlayış, Azərbaycan hücuma keçib?
Martın 25-də işğal olunmuş Qarabağda yerləşdirilən Ermənistan Silahlı Qüvvələrinin bölmələri həyəcan siqnalı ilə ayağa qaldırılıb.
 
Sfera.az erməni mətbuatına istinadən xəbər verir ki, erməni tərəfi Xankəndi şəhəri yaxınlığında baş verən partlayışdan qorxuya düşərək həyəcan siqnalı ilə ordunu ayağa qaldırıb.
 
Məlumata görə Xankəndi yaxınlığında baş verən partlayış erməni tərəfinin qorxusuna səbəb olub və ermənilər Azərbaycan Silahlı Qüvvələrinin hücuma keçdiyini zənn ediblər. 2016-cı ilin aprel savaşındakı acınacaqlı məğlubiyyətdən qorxuya düşən erməni tərəfi ordunu həyəcan siqnalı ilə ayağa qaldırıb. Xatırladaq ki, 2016-cı ilin aprelində erməni ordusu öz mövqelərini ataraq qaçmışdı. Əsgərlərin qaçışının qarşısını almaq üçün onlar postlara zəncirlənmişdi.
 
Dünən səhər 4:00-da ayağa qaldırılan erməni ordusu bu səhərə qədər hazır vəziyyətdə gözləyib. Erməni sosial şəbəkə istifadəçilərinin yazdığına görə fərariliyin qarşısını almaq üçün erməni ordusunun arxasında hərbi polis keşik çəkir. Araşdırmadan sonra Xankəndi yaxınlığında partlayışın bir yerli sakinin minaya düşməsi nəticəsində baş verdiyi məlum olub.

OXŞAR XƏBƏRLƏR

Azay Quliyevdən “özünütəcrid” çağrışı: “Qaydalarına əməl edək”

 Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev vətəndaşları "özünütəcrid” qaydalarına əməl etməyə çağırıb. Sf...

AZAL koranavirus təhlükəsinə görə hansı işləri görür?

"Azərbaycan Hava Yolları" QSC (AZAL) koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün bütün mülki aviasiya obyektlərinin dezinfeksiyasının həyata ke...

İrəli sədri seçkini lağa qoydu

 "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov öz sosial şəbəkə hesabında seçkilərlə bağlı paylaşım edib.    Sfera.az xəbər verir ki, Birli...

“İcra qolunda elita dəyişikliyi baş verir və …” – KADR İSLAHATLARI DAVAM EDƏCƏKMİ?

"Mütləq kadr dəyişiklikləri olacaq. Amma kadr islahatları əslində mövcud problemlərin həlli üçün kifayət deyil”. Sfera.az-a açıqlamasında bu sözləri Pr...

Seçicilər Aydın Mirzəzadəni yenə biabır edib, ərazidən qovdular - VİDEO

47 Saylı Mingəçevir Seçki Dairəsindən deputatlığa namizəd Aydın Mirzəzadə seçicilərlə görüşdə arzuolunmaz sitiuasiya ilə üzləşib.   Sfera.az xəbər verir...

20 Yanvar faciəsindən 30 il ötür

  Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 30 il keçir. Sfera.az xəbər verir ki, bununla bağlı Azərbaycanda Ümumxalq hüzn günü elan olu...