Erməni ordusunda daha bir biabırçılıq...
12:41 / 13.10.2020
1456
İşğalçı Ermənistan tərəfi daha bir rəzil açıqlaması ilə müzakirələrə səbəb olub.
Sfera.az xəbər verir ki, məlum olub ki, Ermənistan silahlı qüvvələrindəki hərc-mərclik və nizamsızlıq nəticəsində orduda itkilərin hesablanmasında da uyğunsuzluqlar var. Belə ki, bu gün qondarma rejimin Müdafiə Nazirliyi Qarabağdakı döyüşlər zamanı ölən erməni əsgərlərin 12-13 oktyabr tarixli siyahısında on əsgərin adının səhv qeyd olunduğunu, onların sağ olduğunu açıqlayıb.
Qeyd edək ki, sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələrinin əks-hücumu nəticəsində Ermənistan ordusu xeyli itki versə də, rəsmi şəxslər ölüm sayını bilərək azaldır.
(qafqazinfo)