No Image
No Image
No Image

"Erməni nifrətinə Azərbaycan sevgisi ilə qalib gəlməliyik" - Emin Milli

İnsan hüquqları müdafiəçisi Emin Milli (Emin Abdullayev) Azərbaycan əsgərlərini işğaldan azad etdikləri ərazilərdə qalan mülki ermənilərə qarşı humanist davranmağa səsləyib.

Sfera.az xəbər verir ki, bloqqer "Facebook" hesabından etdiyi paylaşımda həmin anların videoya çəkilib yayılmasını məsləhət görüb:

"Azərbaycan əsgərləri hər kəndi, qəsəbəni və hər şəhəri işğaldan azad edərkən orda qalan erməni mülki əhalisinə su, yemək, paltar verməlidirlər. Onlara sevgi və qayğı göstərməlidilər. Bunu kameralara çəkib mütləq yaymaq lazımdır. Bu həm bizim insanlıq borcumuzdur, həm dövlət siyasətidir, həm də əsl həqiqi və səmimi humanizmin zirvəsidir.

Mülki əhalini öldürmək hərbi cinayətdir və Azərbaycan əsgəri və zabiti bunu bilir. Bunu yalnız Sargisyan, Koçaryan kimi hərbi cinayyətkarlar edə bilərlər. Bunu tələb edənlər, istəyənlər də qələt edir. Bunu istəyənlər ya axmaqdılar, yada ki, provokatordular. Onların yerindəcə hər kəs cavablarını verməlidir. 

Anlamaq lazımdır ki, iki müstəvidə döyüşlər gedir. Hərbi cəhətdən biz qalib gəlirik. Amma qlobal informasiya məkanında erməni propaqandası hər yeri minalayıb, kameralar, dünya mediası hazırlıq vəziyyətinə gətirilib. Hər kəsə deyiblər ki, "barbar müsəlmanlar" "günahsız xristianları", erməni mülki əhalisinin ikinci soyqırımını hazırlayırlar. Erməni mülki əhalisinə əl vurmaq həm də bu minalara doğru ölümün üstünə qaçmaq deməkdir. 

Biz gərək bu minaları da zərərləşsizdirək və dünyaya insanlıq nümunəsi göstərək. Erməni nifrətinə Azərbaycan sevgisi ilə qalib gəlməliyik. Unutmayın ki, informasiya müharibəsi də gedir və burda da qələbəmiz hərbi qələbə qədər vacibdir!

Baş komandan dünən bir daha dediyi kimi, biz qisası döyüş meydanında alırıq, torpağlarımızı işğaldan azad edirik və qalib gəlirik. Biz istənilən mülki əhalini yalnız qorumalıyıq!"

OXŞAR XƏBƏRLƏR

Müdafiə Nazirliyi Qubadlıyla bağlı məlumat yaydı - RƏSMİ

Oktyabrın 24-ü gün ərzində və 25-nə keçən gecə Azərbaycan Ordusunun bölmələrinin Ermənistan silahlı qüvvələrinin Ağdərə və Xocavənd istiqamətlərində yerləşən bö...

Türkiyə MN: Ermənistan terrorçuları və muzdluları geri qaytarmalıdır

Türkiyə Milli Müdafiə Nazirliyi Qarabağdakı son vəziyyətlə bağlı açıqlama verib. Sfera.az bu barədə "Haber Global”a istinadən xəbər verir.   Bildir...

Düşmənin artilleriya bölmələri və komanda məntəqəsi məhv edildi - VİDEO

Aviasiya zərbələri nəticəsində düşmənin artilleriya bölmələri və komanda məntəqəsi məhv edilib. Sfera.az Müdafiə Nazirliyinə istinadən videogörüntünü təqd...

Düşmənin könüllü dəstələri belə məhv edildi - VİDEO

Cəbhənin Xocavənd və Füzuli istiqamətlərində Ermənistan silahlı qüvvələrinin könüllülərdən ibarət dəstələri və döyüş texnikaları məhv edilib.   Bu barədə...

Müdafiə Nazirliyi: “Kifayət qədər zirehli texnikamız var”

Ermənistan müdafiə nazirliyi rəsmisinin guya döyüşlərdə Azərbaycan Ordusunun xeyli sayda zirehli və avtomobil texnikasını itirməsi ilə bağlı səsləndirdikləri fi...

Düşmən daha 26 hərbçisinin öldürüldüyünü ETİRAF ETDİ

İşğalçı erməni ordusu daha 26 hərbçisinin öldürüldüyünü etiraf edib. Sfera.az xəbər verir ki, Ermənistan tərəfi məhv edilən hərbçilərinin siyahısını açıql...