Erməni müxalifəti polisin binasını mühasirəyə aldı

Erməni müxalifəti polisin binasını mühasirəyə aldı
Ermənistanda Baş nazir Nikol Paşinyanın istefası tələbilə müxalifətin növbəti mitinqi başlayıb.

Sfera.az xəbər verir ki, mitinq iştirakçıları polis və Milli Təhlükəsizlik Xidmətinin binasına doğru irəliləyirlər.

"İmkan verə bilmərik ki, Paşinyan bu qüvvələrin köməyilə ölkədə dövlət terroru həyata keçirsin və diktatura qursun”, - "vətənin xilası hərəkatı”nın koordinatoru İşxan Saqatelyan bildirib.

Saqatelyan hüquq-mühafizə orqanlarına müraciət edərək, onları indiki rejimə qulluq etməməyə və müxalifətə qarşı güc tətbiq etməməyə çağırıb:

"Xalqınızın yanında durun və vətəninizi xilas edin”.

***

Müxalifət nümayəndələri Ermənistan polisinin baş idarəsinin binasını mühasirəyə alaraq rəis Vahe Kazaryanla görüş tələb ediblər.

"Kazaryan aşağı düşməli və bugünkü həyasız davranışa görə hesabat verməlidir”, - aksiya iştirakçıları bildirib.

OXŞAR XƏBƏRLƏR