Erməni milyarder Moskvada azərbaycanlılara dəyən zərəri ödəyəcək: "Utanıram..."

Erməni milyarder Moskvada azərbaycanlılara dəyən zərəri ödəyəcək:
 Hər bir millətin həm qürur duyacağı, həm də utananacağı insanlar var.

Rusiyada, RESO sığorta qrupunun ortağı olan, erməni əsilli milyarder Sergey Sarkisov Azərbaycan və erməni diasporlarının nümayəndələrindən Dağlıq Qarabağdakı münaqişənin kəskinləşməsi fonunda Moskvadakı iğtişaşlara son qoyulması üçün  kömək istəyib.

Sfera.az bildirir ki, müraciət Sarkisovlar ailəsi və "Ermənilər Assambleyası” adından yayımlanıb.

Sarkisov o cümlədən,  qeyd edib ki, "öz millətçiliyinin barbar təzahürünü ortaya qoyan, sadəcə fərqli bir millət olduqlarına görə insanları döyən və ya öldürən insanlardan” utanırdı.

Bundan başqa, Sarkisov bildirib ki, onun ailəsi Moskvada azərbaycanlıların əmlakına vandallar tərəfindən vurulmuş zərərin əvəzini ödəməyə hazırdır.

Sarkisovun müraciətində o cümlədən  deyilir: "… Hər bir millətin həm qürur duyacağı, həm də utananacağı insanlar var.

Qardaşım və mən Moskvada doğulub böyüdük. – gözəl və nəcib insanlar olan, mənim çox dəyər verdiyim çoxlu azərbaycanlı dostlarım var.

Zorakılıq və dağıdıcılıqla milli kimliyini göstərməyə qərar verən vandallara görə onların qarşısında utanıram. Erməni qohumlarımın və dostlarımın qarşısında vətənlərindən uzaqda millətçiliyinin barbar bir təzahürünü ortaya qoyan, sadəcə fərqli millət olduqlarına görə insanları döyən və ya öldürənlər üçün utanıram.

Mən Ermənistan və Azərbaycan ziyalılarının nümayəndələrinə, hər iki millətin iş adamlarına müraciət edirəm: vandalları və ekstremistləri dayandırın, maarifləndirin. Onlara izah edin ki, xalqlarımızın adətində yaşamaq və işləmək, övladlarınız üçün təhsil almaq üçün verilmiş evdə dava-dalaş  təşkil etmək yoxdur.

Rusiyanı nəzərdə tuturam. Xalqlarınızı, əcdadlarınızı rüsvay etməyin. Bu son günlərdə baş verənlər, ev sahiblərinə nankorluq və hörmətsizliyin təzahürünün qəbuledilməz bir formasıdır …

Ailəmiz, axmaqlıq və ya aldanma səbəbindən,  əsl kişinin daha yüksək səslə qışqıran və ya şüşələri sındıran insan olduğuna inanan ermənilərin azərbaycanlı iş adamlarının əmlakına vurduğu ziyanı kompensasiya etmək öhdəliyini götürür …

Moskvalıları əmin etmək istəyirəm ki, xalqlarımızın nümayəndələri bu ölkəyə dinc, xoş niyyətlə, məhv etmək yox, yaratmaq məqsədi ilə gəliblər. ”

(ens.az)

OXŞAR XƏBƏRLƏR

Beyrutda toy çəkilişi zamanı partlayış anı lentə alınıb - ANBAAN VİDEO

 Livanın paytaxtı Beyrutda baş verən güclü partlayışın yeni videosu üzə çıxıb.  Sfera.az xəbər verir ki, videonu xarici televiziyalar yayıb.&nbs...

Qonşu ölkədə daha bir xəstəlik yayılır - DƏHŞƏT!

 Rusiyanın Çelyabinsk vilayətində quş qripi infeksiyası aşkar edilib. Sfera.az xəbər verir ki, infeksiya ilə əlaqədar yaxınlıqdakı yaşayış məntəqələr...

Ermənilər silahlarla azərbaycanlılara HÜCUM ETDİ - YARALILAR VAR

 Ermənilərin Kanadada yaşayan həmvətənlərimizə qarşı təxribatı davam edir. Sfera.az report-a istinadla xəbər verir, Kanadanın ən böyük şəhərlərindən ...

Bayram bazarında ət üstündə bıçaqlanma - VİDEO

 Türkiyənin İstanbul şəhərində qurban bazarında iki qrup arasında bıçaqlı insident yaşanıb. Sfera.az xəbər verir ki, heyvan bazarında ət paylanması ə...

Koronavirus peyvəndilə bağlı ŞAD XƏBƏR

  Rusiyanın N.F.Qamaley adına Milli Tədqiqat Mərkəzində yaradılan koronavirusa qarşı peyvənd ekspertizaya təqdim edilib. Peyvənd 10-12 avqustda qeydi...

Dünyanı ŞOKA SALACAQ XƏBƏR: Çində yeni infeksiya ocağı yarandı, sürətlə 9 ŞƏHƏRƏ YAYILDI

 Çinin Dalyan şəhərində koronavirus infeksiyasının yeni ocağı aşkar olunduqdan sonra virus ölkənin 9 şəhərinə yayılıb. Sfera.az xəbər verir ki, bu şə...