\"Erməni lobbisinin Avropada apardığı antiazərbaycan təbliğatı nəticəsiz qalacaq\" – Politoloq

\
"Vətən müharibəsində Azərbaycanın siyasi hərbi qələbəsi erməni lobbisinə ciddi zərbə vurub". 
 
Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert erməni lobbisinin fəaliyyətinin nəticəsiz qalacağını qeyd edib:

"Vətən müharibəsində Azərbaycanın siyasi-hərbi qələbəsi erməni lobbisinə ciddi zərbə vurub. Bəzi ölkələrdə erməni lobbisinin aktiv fəaliyyəti bütün Avropada antiazərbaycan hərəkatına gətirib çıxarmayacaq. Çünki Azərbaycanla strateji tərəfdaşlığı olan ölkələr var ki, bu ölkələrdə erməni lobbisi güclü olsa da, ölkəmizlə əlaqələrə ciddi maneə yarada bilmirlər". 

Müsahibimizin sözlərinə görə Avropa İttifaqı ilə əlaqələrin möhkəmlənməsi lobbiçiliyə ən böyük zərbədir:

"Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin daha möhkəmlənməsi və inkişafı gözlənilir. Prezidentin köməkçisi Hikmət Hacıyevin Avropaya səfəri, Avropa İttfaqının rəsmisi ilə görüşü ikitərəfli əlaqələrin inkişafı barədə müzakirələri onu deməyə əsas verir ki, hansısa dövlətin parlamentinin antiazərbaycan təbliğatına baxmayaraq, Avropa İttifaqı ilə Azərbaycan arasında sıx siyasi və iqtisadi əlaqələr yeni bir mərhələyə qədəm qoyacaq. Erməni lobbisinin hansısa ölkədə aktiv fəaliyyəti Azərbaycan hökuməti üçün hansısa mənfi tendensiya ilə nəticələnməyəcək". 

Əzizə Zeynal
Sfera.az


OXŞAR XƏBƏRLƏR