Erməni jurnalist Bakı haqda: \"Satıcı erməni olduğumuzu biləndə...\"

Erməni jurnalist Bakı haqda: \
 

Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri misli görünməmiş bir şeydir.

Bunu bu yaxınlarda Azərbaycana səfər edən erməni jurnalisti, "Şant" telekanalının şərhçisi Artyom Yerkanyan "Sputnik Ermənistan”a müsahibəsində deyib.

"Belə bir görüş iki ölkə liderlərinin razılığı, təbii ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin dəstəyi ilə, ilk dəfə keçirildi ..." deyən Yerkanyan qeyd edib ki, erməni jurnalistlərin sıravi azərbaycanlılarla birbaşa ünsiyyət qurmaq üçün bir sıra imkanları olub.

"Məsələn, mağazadakı satıcı bizim erməni olduğumuzu biləndə şoka düşdü, amma heç bir neqativ münasibət olmadı",-deyə Yerkanyan vurğulayıb.

Erməni jurnalist bildirib ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndələri "konstruktiv köklənmişdilər".

Artyom Yerkanyan Azərbaycanda bir sıra görüşlər keçirdiklərini təsdiqləyib, hansılar ki, onlar barədə məlumatlar açıqlanmır. Onun sözlərinə görə, jurnalistlər, QHT nümayəndələri ilə görüşlər keçirilib. Erməni jurnalistlər Gəncə və Qubada olub, eyni zamanda Bakıdakı erməni kilsəsini ziyarət ediblər.

Azərbaycanda erməni jurnalistlərin təhlükəsizliyinin təmin olunmasından danışan Yerkanyan hər şeyin yüksək səviyyədə olduğunu qeyd edib. Vurğulayıb ki, erməni jurnalistlərin 12-13 cangüdəni olub.

Yerkanyan bildirib ki, bu onun Azərbaycana ilk səfəri deyil. 1995 və 2001-ci illərdə də burada olub. Jurnalist nənəsinin Bakıda anadan olduğunu söyləyib. Nənəsinin qardaşı Yerkanyan Azərbaycanda məşhur adam, incəsənət xadimi olub. Bunu bilən azərbaycanlı jurnalistlər Yerkanyana onun barəsində ən azı hansısa məlumatları tapmağa və ona təqdim etməyə çalışacaqlarına söz veriblər.

"Səfərə yekun vuraraq demək istəyirəm ki, onun məqsədi inam körpüsünün yaradılması idi ... Əgər ikitərəfli səfərlər sərhəddə ölənlərin sayının azalmasına kömək edərsə, bu proses davamlı olacaq", - deyə erməni jurnalist bildirib.

Ermənistan tərəfdən Azərbaycana "Şant" telekanalının icmalçısı Artyom Yerkanyan, "Mediamaks” xəbər agentliyinin baş redaktoru David Alaverdyan və İctimai Televiziyanın jurnalisti Edgar Elbakyan səfər ediblər. Azərbaycan tərəfdən isə Ermənistana Trend xəbər agentliyinin baş redaktoru Elçin Vəliyev, 1news.az saytının müxbiri Elşən Rüstəmov və "Vestnik Kavkaza”nın Azərbaycandakı müxbiri Orxan Yolçiyev səfər ediblər.

Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, "proqram ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kaspşikin birbaşa razılığı, Ermənistan və Azərbaycanın müvafiq idarələrinin iştirakı ilə hazırlanıb həyata keçirilib".

Virtualaz.org


OXŞAR XƏBƏRLƏR

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...