Erməni hakerlər AMVPRESS.AZ-a hücum etdilər

Erməni hakerlər AMVPRESS.AZ-a hücum etdilər
 

Erməni hakerlər tərəfindən AMVPRESS.AZ informasiya portalına hücum olub.

Sfera.az xəbər verir ki, AMVPRESS.AZ informasiya portalına hücum dünən gecə saatlarında erməni hakerlər tərəfindən həyata keçirilib. Belə ki, saytın admin-panelini ələ keçirən erməni hakerlər bütün xəbərlərə Emənistanın bayrağını, videolarını və "Armenia” sözlərini yerləşdiriblər. Hücum nəticəsində saytda yayımlanan son xəbərlərin hamısı silinib.

İnformasiya portalına edilən hücumun əsas səbəbi manşetdə yayımlanmış "Polad Həşimov - Göz yaşlarımla söhbət... Rövşən Nəcəfov (TARİXİ HEKAYƏ)" yazısına görə olub.

AMVPRESS.AZ informasiya portalının baş redaktoru Elşən Gəncəvi açıqlamasında qeyd edib ki, AMVPRESS.AZ informasiya portalı erməni hakerlərin hücumuna məruz qalıb: "AMVPRESS.AZ informasiya portalına erməni hakerlər tərəfindən hücub olub. Hazırda problemin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Unutmamalıyıq ki, düşmənlə müharibə yalnız səngərdə getmir, biz həm də informasiya müharibəsi aparırıq. Sosial şəbəkələrdə yayılan yalan məlumatlara, informasiyalara qarşı diqqətli olmalıyıq. Həmkarlarımla informasiya müharibəsində qələmlərimizi yerə qoymamalıyıq. Bunun qarşısını almaq üçün əlimizdən gələni etməliyik".


OXŞAR XƏBƏRLƏR

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...

Aparıcı Zamirə Dadaşova “Space TV”yə qayıtdı: “Məbləğin bir qismi ödənildi”

“Space TV” ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini i...

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin SİYAHISI

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb.   Sfera.az xəbər verir ki, siyahı Azərbaycan Respublikasının Elm, texnika...

İranlı diplomat Estoniya XİN-ə çağırıldı

İranın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin sa...

Hərbi helikopterlər havada toqquşub: Ekipaj üzvləri həlak oldu

Malayziyada iki hərbi helikopter Lumut bazasında təlim uçuşları zamanı qəzaya uğrayıb. Ekipaj üzvlərindən heç biri sağ qalmayıb.   Sfera.az xəbər ver...

Şoyqunun müavini rüşvətə görə saxlanıldı - FOTO

Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya İstintaq ...