Erməni general niyə məğlub olduqlarını açıqladı - SƏBƏB
10:29 / 23.11.2020
1878
Ermənistan Müdafiə Nazirliyindəki vəzifəsindən istefa verən general Movses Akopyan müharibədə niyə məğlub olduqları ilə bağlı növbəti dəfə açıqlama verib.
Sfera.az xəbər verir ki, Akopyan Rusiyadan aldıqları Su-30M döyüş təyyarələrindən istifadə etmədiklərini məğlubiyyətin vacib amillərindən biri kimi dəyərləndirib. Generalın sözlərinə görə, buna səbəb həmin təyyarələrin lazımi raketlərlə təchiz olunmamasıdır:
"Rusiya bu raketlərin satışına qadağa qoydu. Bununla yanaşı, heç bir işə yaramayan HMS aldıq".
Movses Akopyanın açıqlamaları ilə bağlı Ermənistan Baş Prokurorluğu araşdlrmaya başlayıb.