Erməni əsgərləri çıxılmaz vəziyyətdə: \"Artıq Qafan verildi...\"

Erməni əsgərləri çıxılmaz vəziyyətdə: \
Ermənistanın Qafan şəhərində polis erməni hərbi qulluqçuları ilə bağlı yayımlanan videonu araşdırmağa başlayıb.

Sfera.az xəbər verir ki, bu barədə Ermənistanın baş prokurorunun müşaviri Qor Artahamyan bəyan edib.

Müşavir xatırladıb ki, sosial şəbəkələrdə erməni silahlı qüvvələrinin postuna dair məlumat yayılıb, qeydlərdə hərbçilərin aldığı əmr və təlimatlardan danışılır:
 
"Gorus qarnizonunun hərbi prokuroru Hayk Marqaryanın tapşırığına əsasən xidməti şərtləri və təşkilini yoxlamaq, qeyd olunanların həqiqət olub-olmadığını öyrənmək üçün materiallar hazırlanır”.

Baş prokurorun müşaviri əlavə edib ki, təhlükəsizlik səbəbindən hazırlanan materialları yayımlamırlar.

Bəlli olub ki, erməni əsgərlərinin qəmgin durumda olduğunu göstərən görüntülər yayımlandıqdan sonra həmin postun komandiri Qafana çağırılaraq saxlanılıb.

Qeyd edək ki, "Telegram" kanallarında yayımlanan videoda bir qrup erməni əsgəri dayandıqları postda vəziyyətin acınacaqlı olduğunu elan edir. Bildirilir ki, ratsiyalarının, rabitə əlaqələri mövcud deyl. İddia edirlər ki, onlara postdan geri çəkilmələri istənilir, çünki Qafan artıq verilib. Həmçinin xidmət şərtlərinin bərpad olmasından danışan erməni əsgərlər onların postlarında 9 nəfər olduğu halda ətrafdakı Azərbaycan Ordusunun postlarında 50-60 nəfər olduğunu xüsusilə bildiriblər.
 
(teleqraf.com)

OXŞAR XƏBƏRLƏR

Mədə yanması dərmanları miqrenə səbəb olur

Merilend Universiteti tərəfindən aparılan bir araşdırmada tez-tez istifadə edilən mədə yanması dərmanları ilə miqren riskinin artması arasında əlaqə aşkarlanıb....

Müğənni qocalar evində konsert zamanı dünyasını dəyişdi

Çində 31 yaşlı müğənni qocalar evindəki konsertin ortasında dünyasını dəyişib. Tədbir qocalar evinin 90 illiyi münasibətilə təşkil edilib.  Sfera.az b...

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...