Erməni əsgər ürək nahiyəsindən güllələndi
15:54 / 18.04.2019
3519
İrəvanda Mikayelyan adına Cərrahiyyə İnstitutuna döş qəfəsinin sol nahiyəsindən güllə yarası alan şəxs çatdırılıb.
Bu barədə "Shamshyan.com” informasiya yayıb.
Hərbi formalı 23-25 yaşlı yaralının xəstəxanaya Kanakera hərbi hissəsindən gətirildiyi məlum olub.
Hazırda hərbçinin əməliyyatına başlanılıb.
Nəşrə danışan mənbənin sözlərinə görə, yaralı Kotayk vilayətinin 24 yaşlı sakini Narek C. adlı şəxs – müqavilə əsasında xidmət edən hərbi qulluqçudur. Hərbçinin formasının cibindən qeyd tapılıb.
Xəstəxanaya Ermənistan Müdafiə Nazirliyi Hərbi Polisinin nümayəndələri, həmçinin İstintaq Komitəsinin müstəntiqləri də gəlib.