No Image
No Image

Erməni əsgər anaları övladlarının qaytarılmasını tələb edir

Erməni əsgər anaları  övladlarının qaytarılmasını tələb edir
Ermənistan Müdafiə Nazirliyinin binası qarşısında Qarabağda hərbi xidmətdə olan əsgərlərin valideynləri etiraz aksiyası keçirib.

Sfera.az "Sputnik Armeniya”ya istinadən xəbər verir ki, onlar hökumət binasının qarşısında da irimiqyaslı aksiya keçirəcəklərini bildiriblər.

Onların əsas tələbi Ermənistanın işğalı altında olan torpaqlar Azərbaycana qaytarılana və dövlət sərhədi bağlananadək övladlarının evə buraxılmasıdır.

"Biz Laçının dekabrın 1-də təhvil veriləcəyini eşitmişik. Ona görə də övladlarımızın indi qaytarılmasını istəyirik. Çünki bundan sonra bizim övladlarımızın da taleyinin döyüşdə iştirak edənlərinki kimi olmayacağına təminat yoxdur”, - əsgər analarından biri bildirib.

Başqa bir əsgər anası isə övladının itkin düşməsini istəmədiyini deyib: "Heç kim bizə təminat verə bilməz ki, noyabrın 30-dan sonra uşaqlarımız evə sağ-salamat qayıdacaq”. O, cəmiyyəti bu problemə laqeyd qalmamağa çağırıb.
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Bu icra başçıları vəzifələri ilə vidalaşacaq, bu iki nazirlikdə isə...” – Kadr islahatlarının yeni hədəfləri

"Rayon icra hakimiyyəti başçılarının əksəriyyəti vəzifələrilə vidalaşacaq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və Kənd Təsərrüfatı Nazirliyində kad...

Robert Köçəryan yenidən hakim qarşısına çıxarıldı

Ermənistanın paytaxtı Yerevanda məhkəmə binası qarşısında ölkənin sabiq prezidenti Robert Köçəryana dəstək aksiyası keçirilir. Sfera.az TASS-a istinadən x...

Makron nazirlərin vaksinasiyadan danışmasını qadağan etdi

Fransa Prezidenti Emmanuel Makron nazirlərə koronavirus vaksinasiyası barədə danışmağı qadağan edib.   Sfera.az xəbər verir ki, sözügedən mövzuda yalnız ...

Aslan İsmayılovdan Baş Prokurora MÜRACİƏT

Tanınmış vəkil Aslan İsmayılov Baş prokuror Kamran Əliyevə müraciət edib. Sfera.az həmin müraciəti təqdim edir: "Respublikası Baş Prokuroru  c...

Paşinyanın postuna 2 iddiaçı var - ADLAR

Ermənistanda baş nazir Nikol Paşinyanın komandasında daxili mübarizə başlayıb. Sfera.az yerli KİV-ə istinadən xəbər verir ki, hakimiyyət uğrunda baş nazir...

Ən çox bahalaşma Azərbaycanın bu rayonlarında qeydə alınıb – SİYAHI

Ən çox bahalaşma Siyəzəndə, ən az bahalaşma Naxçıvanda olub. 2020-ci ildə Azərbaycanda 2,8 faiz bahalaşma qeydə alınsa da qiymət artımları rayonlar üzrə f...