Erməni cinayətləri Meksika mətbuatında: "Atəşkəs imzalanmasına baxmayaraq..."

Erməni cinayətləri Meksika mətbuatında:
Meksikanın xarici əlaqələr sahəsində nüfuzlu "PROTOCOLO” diplomatik jurnalında erməni separatizminə qarşı yeni məqalə dərc olunub.

Sfera.az xəbər verir ki, məqalənin müəllifi İspaniyada yaşamış soydaşımız Mahir Qurbanov  ermənilərin Azərbaycan ərazisində törətdiyi ekoloji terror, vandalizm və vəhşiliklər haqqında düzgün informasiya ötürməyə çalışıb.

Sözügedən yazıda Azərbaycanın multikultural dövlət olduğu və müxtəlif etnik qrupların ölkəmizdə qədim dövrlərdən etibarən sülh və firavanlıq içərisində yaşadığı bildirilib.

Erməni işğalı nəticəsində xeyli sayda insanın məcburi köçkün və qaçqın olması diqqətə çatdırılıb:



"Ermənilərin Şuşada, Kəlbəcərdə, Füzulidə və digər işğaldan azad olunmuş ərazilərimizdə ekoloji, mədəni cinayətlər törədib, mənəvi və maddi ziyan vuraraq məscid, kilsə və digər abidələrimizə çoxlu sayda ziyan vurublar.

Həmçinin ekoloji terror törədərək meşə massivlərini məhv edirlər. Atəşkəs imzalanmasına baxmayaraq ermənilər fosfor bombalarından istifadə edərək ekosistemə ciddi ziyan vurublar.

Palıd ağacları, ardıclar, fıstıqlar, vələs şamları, şam ağacları erməni vandalizmi nəticəsində məhv edilib. Bioloji müxtəlifliyə qarşı belə bir zərbə vurmaq, Ermənistanın 2002-ci ildən bəri qoşulduğu BMT-nin Biloji Müxtəliflik Konvensiyasına əsasən insanlığa qarşı cinayət hesab olunur. 

Beynəlxalq Əfv Təşkilatına görə mülki şəxslərin yaxınlığında ağ fosforun istifadəsini hərbi cinayət hesab edilir", - deyə yazıda qeyd olunub.
 
Aysel
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda 5 günlük tətil BAŞLAYIR - RƏSMİ

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az bi...

İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeli Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tə...

Xavi "Barselona"dan AYRILMAYACAQ - QƏRAR VERİLDİ

"Barselona"nın vitse-prezidenti Rafa Yuste kataloniyalı baş məşqçi Xavinin komandada qalacağını və klubla müqaviləsini uzadacağını açıqlayıb. &nbs...

"Avropanın ən güclü adamı” uğurunun sirrini AÇIQLADI

"Avropanın ən güclü adamı” adını qazanan şotlandiyalı ağır atlet uğurunun sirrini açıqlayıb.    Sfera.az xəbər verir ki, bu barədə &q...

Poçettinonun taleyi sual altındadır - Klub qərar verməyib 

  "Çelsi" komandanın baş məşqçisi Maurisio Poçettinonun gələcəyi ilə bağlı qərar verməyib.   Sfera.az bildirir ki, London klubunun...

Azərbaycanda boşanmalara səbəb olan FAKTLAR: "Ataları, babaları yaşında kişilərlə..." 

Son zamanlar yalançı evliliklərin artması, bu istiqamətdə planlı atılan addımlar müzakirə obyekti olub. İddia edilir ki, bəzi xanımlar və ya bəylər qarşı tərəfl...