\"Ərindən boşanan, ortalıqda gəzən qadınlar gedib...\" - Efirdə keçmiş deputatı TƏNQİD ETDİ - VİDEO

\

Politoloq Cümşüd Nuriyev AzTV-nin efirində Qarabağ savaşı zamanı döyüşən qadınlardan ibarət batalyonun üzvlərini təhqir etməsinə Tarix Əliyev (Tolik) aparıcısı olduğu "Hər şey daxil"də reaksiya verib.

 

Sfera.az xəbər verir ki, Tolik sabiq deputatı efirdə işlətdiyi həmin ifadələrə görə tənqid edib:

"Azərbaycan qadını deyəndə Həcər, Salatın Əsgərova kimi qəhrəman qadınlar yada düşür. İnsanları bu gün hərdən yaşına bağışlamaq olar. Neçə gündür bunu instaqramda heç paylaşmadım. Cümşüd bəy ola bilər ki, Milli Məclisdə vaxtı ilə Azərbaycanın deputatı olub və ola bilər yaşının üstünə yaş gəlib. Amma elə o depuatatın vaxtından gedib Azərbaycana xəyanət edən, xaricdə oturan bəzi millət vəkilləri var ki, illərlə xalqın pulunu yeyib, talayan o qadın millət vəkilləri indi müxalifətyönlü olublar. Təki ərindən boşanan, ortalıqda gəzən qadınlar gedib vətənimizi satmasınlar. Bu ən böyük şərəfsizlikdir. Əlinə silah alıb kişi kimi gedib vuruşsunlar. Bəzi kişilər kimi də öz səlahiyyətlərindən istifadə edib, öz nəvələrini, öz oğullarını xarici ölkələrdə oxutdurub əsgərlikdən yayındırmasınlar. Təki elə qadınlarımız çox olsun. Bizim qeyrətli analarımız, xanımlarımız çoxdur. Bu gün səfərbərlik elan edilsə, ilk öncə elə bizim saçlarına qurban olduğum şəhid analarımız əllərinə silah alıb övladlarının qanını almağa gedər. Siz bir sözü səhv deyirsiniz, ağzınızdan nəsə buraxırsınızsa sonra, televiziyaları qınamayın. Ağzınızda bişirin sonra, millətin vəkili olmağa çalışın".

 

Xatırladaq ki, sabiq millət vəkili, ictimai fəal Cümşüd Nuriyevin "Xalq Cəbhəsinin Xanım Xəlilovanın başçılığı ilə yaradılmış bir qadın batalyonu var idi. Ölkədə nə qədər ərindən boşanmış, küçədə qalan qadınlar var idisə, hamısı küçə söyüşləri ilə orada idilər" açıqlaması cəmiyyət arasında sərt reaksiyaya səbəb olub. Sabiq millət vəkili bu ifadələrinə görə artıq üzr də istəyib. (milli.az)

 


OXŞAR XƏBƏRLƏR